Accessibility links

Yaponiya Rusiyanı sülh müqaviləsi imzalamağa çağırır


Yaponiyanın baş naziri Şinzo Abe Rusiya prezidenti Vladimir Putini bütün çətinlikləri dəf etməyə və iki ölkə arasında sülh müqaviləsi imzalamağa çağırıb.

O, “Şərq iqtisadi forumu”nda çıxış edərkən, iki ölkənin İkincü Dünya Müharibəsindən sonra hələ də belə bir müqavilə imzalaya bilməməsini “qeyri-normal” vəziyyət adlandırıb.

Abe birgə iş aparmağa və uğuru bölüşməyə çağırıb.

İki ölkə arasında sülh müqaviləsi imzalanmasını əngəlləyən əsas məsələ 4 Kuril adası üstündə mübahisədir.

Bu adalar müharibə nəticəsində Rusiyanın nəzarətinə keçib.

Tokio dəfələrlə bildirib ki, bu məsələ həll olunmayınca müqavilə imzalanmayacaq.

Abe ötən il Vladivastokda keçirilən eyni forumda Rusiyanı məsələ ilə bağlı kompramisə çağırmışdı.

Rusiya prezidenti Vladimir Putin isə deyir ki, Rusiya bu adaları satmaq və ya qaaytarmaq fikrində deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG