Rusiyanın Amerika Birləşmiş Ştatları ilə ortaq maraqlar üzərində birgə işləməli olduğunu deyən Rusiya prezidenti Vladimir Putinin ritorikasında yumşalma hiss olunub.
Rossiya 1 televiziya kanalına müsahibə verən cənab Putin deyib ki, bəzi məsələlərdə fikir ayrılıqlarına baxmayaraq iki ölkə bir çox ortaq maraqları bölüşür.
Prezidenti Putinin sözlərinə görə, dünya iqtisadiyyatını daha liberal, ölçülü və balanslı etməklə dünya düzənini demokratikləşdirmək ABŞ-Rusiya ortaq maraqlarına daxildir. Putin deyir ki, digər ortaq maraqlar sırasında kütləvi qırğın silahlarının qarşısının alınması, mütəşəkkil cinayətkarlıq, terrorizm və yoxsulluqla mübarizə də yer alır.
Adətən son zamanlar ABŞ-ı və Qərbi tənqid atəşinə tutan cənab Putin Ukrayna lideri Viktor Yanukoviçi hakimiyyətdən devirməkdə ittiham edirdi.
Rusiya televiziyası ilə ictimaiyyət üzvlərinin suallarını cavablandıran cənab Putin Birləşmiş Ştatları nəzərdə tutaraq deyib ki, bəzi ölkələr dünyada yalnız özlərini unikal və qüdrət sayır, lakin onlar müttəfiq deyil, vassaldırlar.