Accessibility links

Putin Abxaziyanın separatçı hökumətinə dəstəyi davam etdirəcəyini deyir


Rusiya prezidenti Vladimir Putin Gürcüstanın Abxaziya regionundakı separatçı hökumətə Rusiyanın dəstəyinin davam etdiriləcəyini deyib.

Kremlin mətbuat xidmətinin məlumatına görə, Putin sentyabrın 30-da Abxaziyanın separatçı lideri Raul Xajimbaya teleqramında regionu dəstəkləyəcəyini bildirib. Bu gün region müstəqilliyini qeyd edir.

“Rusiya Abxaziyanın milli təhlükəsizliyini dəstəkləmək, sosial və iqtisadi inkişafı yolunda problemlərinin həllindən ötrü yardımı davam etdirəcək”, teleqramda deyilir.

Sentyabrın 23-də Putin Rusiya hökumətinə göstəriş verib ki, maliyyə yardımları ilə bağlı Abxaziya ilə razılaşma imzalasın, məqsəd Abxaziyanın de fakto silahlı qüvvələrinin modernizasiyasını dəstəkləməkdir.

Rusiyanın dəstəklədiyi Abxaziya 1990-cı illərin əvvəllərində Gürcüstandan müstəqilliyini elan edib. 2008-ci ilin avqustunda beşgünlük Gürcüstan-Rusiya müharibəsindən sonra Moskva Abxaziyanın və Gürcüstanın digər separatçı bölgəsi olan Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.

Gürcüstan və beynəlxalq ictimaiyyət hər iki regionun Rusiyanın işğalı altında olduğunu bildirir.

Şərhlərə bax

XS
SM
MD
LG