Accessibility links

Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərindədir


Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı günü Birləşmiş Ərəb Əmirliklərində vəliəhd şahzadə Məhəmməd Bin Zayed Nahyanla Fars körfəzindəki gərginlikləri müzakirə edib.

Şahzadə tərəfindən hava limanında qarşılanan Putin onun Qəsr Əl-Vətən sarayına gedib.

Bu səfərin iki ölkə arasında strateji əməkdaşlığı genişləndirəcəyinə ümid edirəm

Rusiyanın dövlət başçı dövlət səviyyəsində, üçrəngli Rusiya bayrağının izini buraxan qırıcı təyyarələrin uçuşu ilə salamlanıb.

Putinin səfərinin məqsədi əsasən ticarət mahiyyəti daşıyır. Belə ki, ruslar göydələnli Dubay şəhərində bizneslə məşğul olmaqla yanaşı, istirahətlər də edir.

Şeyx Məhəmməd Rusiyanın Əmirliklə dərin münasibətlərini alqışlayıb.

“Bu səfərin iki ölkə arasında strateji əməkdaşlığı genişləndirəcəyinə ümid edirəm”- deyə, şahzadə bildirib.

Rusiya prezidenti bazar ertəsi Səudiyyə Ərəbistanına səfər edib. O, neftlə zəngin krallığın şahzadəsi ilə Moskvanın Yaxın Şərqdə siyasi və enerji siyasətini müzakirə edib.

Putin Səudiyyə Ərəbistanında
Putin Səudiyyə Ərəbistanında

Putin dövlət səviyyəsində qarşılanıb, kral Salmanın sarayına onun limuzini yüksək təhlükəsizlik eskordu ilə müşayiət edilib.

Səudiyyə Ərəbistanı görüşlər zamanı Yaxın Şərqdə mövcud gərginlikləri gündəmə gətirib. Gərginliklər Türkiyənin Suriyada hərbi əmliyyatlara başlaması ilə daha da dərinləşib.

Rusiya Səudiyyənin başçılıq etdiyi OPEC-lə sıx əməkdaşlıq edir. OPEC hasilatı məhdudlaşdırmaqla neftin qiymətini yüksəltməyə çalışır. 2014-cü ildə neft ucuzlaşması Rusiya iqtisadiyyatına mənfi təsir göstərib.

Səfərdən öncə Al Arabiya, Sky News Arabia və RT Arabic telekanalarına müsahibəsində Putin deyib ki, o, Səudiyyə kralı və şahzadəsi ilə yaxşı münasibətlər tərəfdarıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycanda iki nəfər seldə həlak olub
please wait

No media source currently available

0:00 0:12:34 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG