Accessibility links

Bricitt Bardo Rusiyanın heyvanlara qarşı qəddarlığını “vəhşilik” adlandırıb


Fransanın kino əfsanəsi və heyvan haqları fəalı Bricitt Bardo, onun təbirincə deyilərsə, Rusiyanın şəhərlərində heyvanlara qarşı qəddarlığı “vəhşilik” adlandırıb və heyvan qırımı proqramlarını kəskin tənqid edib.

83 yaşlı Bardoun fondu fevralın 8-də yaydığı tvitdə Rusiya prezidenti Vladimir Putinə məktubun mətnini dərc edib. Bu məktubda Rusiyada sahibsiz heyvanların vəziyyətindən ciddi narahatlıq ifadə edilir.

Məktubda söhbət həm də Rusiyada həyata keçirilən “sanitar qırımı” proqramlarından gedir və qeyd olunur ki, “bu cür kütləvi qırğını qəbul etməklə siz vəhşiliyə tərəfdfar olursunuz”.

Bardo Putini bu “ürəkbulandırıcı qırğının” əvəzinə sterilizasiya proqramlarını həyata keçirməyə çağırır.

Bardo Putinə xatırladır ki, iyunun 14-dən iyulun 15-dək Rusiyada keçiriləcək Dünya Kuboku yarışı “beynəlxalq icmanın nəzərlərini sizə doğru yönəldəcək”.

O, habelə ayılara, yenotlara, tülkülərə və porsuqlara ziyan vurulmasından narahatlıq bildirib.

Məktubda deyilir: “Köməksiz heyvanlar qəfəslərdə saxlanır və buradan yalnız təlimli itlər tərəfindən parça-parça edildikdən sonra buraxılır. Bu heyvanların xilası üçün yazılmış bütün petisiyalar hədər gedir. Bu ona görə baş verir ki, vəhşi heyvanların itlərlə ovu Rusiyada hələ də legitim sayılır”.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG