Accessibility links

Bayden-Putin sammiti başa çatıb


ABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putin arasında sammit üçün siyasi bitərəflilik tarixinə görə seçilən İsveçrənin paytaxtı Cenevrədə gözlənilən zirvə görüşü başa çatıb.

Ağ Evin məlumatına görə, sözügedən zirvə görüşü yerli vaxtla saat 5:05-də yekunlaşıb. ABŞ prezidenti Co Baydenin korteji Villa la Qrandı tərk edib. Prezidentin mətbuat konfransı Villa Park dez O-Viv-də baş tutacaq.

Liderlər qısa müddət ərzində bir-birlərinə təşəkkür ediblər. Görüşün əvvəlində Amerika və Rusiya mediası xaotik mətbuat fürsəti çərçivəsində bir-birini itələyib.

"Cənab Prezident, bu gün görüşmək təşəbbüsünə görə sizə təşəkkür etmək istərdim. Uzun bir səfərdə olduğunuzu bilirəm. ABŞ və Rusiya münasibətlərində ən yüksək səviyyəli görüşü tələb edən bir çox problemlər var. Ümid edirəm görüşümüz məhsuldar olacaq” - deyə, Putin tərcüməçi vasitəsilə qeyd edib.

"Üz-üzə görüşmək hər zaman daha yaxşıdır" - deyə, Bayden cavab verib.

Hər iki tərəf əməkdaşlıq imkanlarını vurğulasa da, Moskva ilə Vaşinqton arasındakı gərgin münasibətlərdə hər bir yaxşılaşma gözləntilərini azaldır. Görüşdə əhəmiyyətli razılaşmalar əldə edilməsindən çox narazılıqların ifadə olunması gözlənilir.

Baydenin İsveçrəyə uçuşu əsnasında Air Force One təyyarəsində Amerikanın Səsi və digər müxbirlərə brifinq verən yüksək səviyyəli administrasiya rəsmisi "Bu görüşdən böyük bir nəticə əldə ediləcəyini gözləmirik" deyib.

Putin yerli vaxtla saat 13 radələrində zirvənin yerləşdiyi Villa La Granjeyə gəlişindən bir müddət əvvəl Cenevrəyə eniş edib. Bayden isə ondan sonra məkana gəlib. Bu, Ağ Evin 2018-ci ildə Helsinki Sammitinin təkrarlanmaması üçün hazırladığı diplomatik gediş idi. Belə ki, sözügedən zirvə görüşündə Putinin gec gəlişinin ardından Prezident Donald Tramp 30 dəqiqədən çox onu gözləmişdi.

Hər iki lider danışıqlara başlamazdan əvvəl əl verib.

Ev sahibi İsveçrə Konfederasiyasının Prezidenti Qi Parmelin ilə ilk salamlaşma və görüşdən sonra iki lider ilk iclasını “P + 1” formatında keçirirlər. Baydeni Dövlət katibi Antoni Blinken, Putini isə Xarici İşlər naziri Sergey Lavrov müşayiət edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG