Accessibility links

Putin Ukrayna ordusunu “hakimiyyəti özünün əlinə almağa” çağırıb


Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyasının Təhlükəsizlik Şurası ilə iclası zamanı Ukrayna ordusunu “hakimiyyəti öz əllərinə almağa” çağırıb. “Bizim sizinlə danışıqlar aparmağımız Kiyevdə oturub bütün Ukrayna xalqını girov götürən bir dəstə narkoman və neo-nasistlə danışmaqdan daha asan olacaq”- deyə, Putin bildirib.

Putin “Neonasistlərin və benderlərin uşaqlarınızı, arvadlarınızı və qocalarınızı canlı qalxan kimi istifadə etməsinə icazə verməyin” deyib.

O, bildirib ki, onlar “terrorçu kimi hərəkət edir”.

Bundan əvvəl prezidentin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Rusiya Ukrayna ilə danışıqlar aparmaq üçün Minskə nümayəndə heyəti göndərməyə hazırdır.

Ukrayna prezidenti Vladimir Zelenski yeni müraciətində Putini “insan ölümünü dayandırmaq üçün” danışıqlar masasına oturmağa dəvət edib.

Sonradan məlum olub ki, Putin Çin Prezidenti Si Tsinpinlə telefon söhbəti zamanı “Rusiya Ukrayna ilə yüksək səviyyədə danışıqlara hazırdır” deyib.

Fevralın 24-nə keçən gecə Rusiya prezidenti Vladimir Putin Ukraynanın “dezifikasiyası və demilitarizasiyası” üçün “xüsusi hərbi əməliyyata” başlanıldığını elan edib. Bundan dərhal sonra Kyiv, Xarkiv, Odessa, Kramatorsk, Berdyanskda partlayışlar və raket hücumları ilə bağlı xəbərlər yayılmağa başlayıb. Rusiya qoşunları Ukraynanın 5 rayonunda sərhədi keçib.

Çerniqov, Xarkov və Kyiv, Dnepr, Nikolayev və Çerkasski vilayətlərində komendant saatı elan edilib.

Ukrayna prezidenti döyüşlərin ilk günü 137 ukraynalı hərbçinin həlak olduğunu bildirib.

XS
SM
MD
LG