Accessibility links

Putin Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb


Vladimir Putin Sergey Şoyqunun yerinə yeni müdafiə nazirinin təyin edilməsini təklif edib. Prezident Federasiya Şurasına bu vəzifəyə baş nazirin keçmiş birinci müavini Andrey Belousovu təklif edib. Şoyqu Nikolay Patruşevin yerinə Təhlükəsizlik Şurasının katibi təyin ediləcək. Bundan əlavə, Şoyqu hərbi-sənaye kompleksi üzrə komissiyada Putinin müavini olacaq.

Rusiyada hüquq-mühafizə orqanları nazirlərinin və xarici işlər nazirinin namizədliklərini hökumət başçısı deyil, prezident təklif edir, onları Dövlət Duması deyil, Federasiya Şurası təsdiq edir. Yeni prezidentlik müddətinə başladıqdan sonra Şoyqu Putin tərəfindən yenidən təyin edilməməsi təklif edilən yeganə nazirdir. O, 2012-ci ildən bu vəzifədə çalışır.

Müasir Rusiya tarixində ikinci dəfədir ki, Şoyqu Rusiya hökumətində nazir vəzifəsini tutmayacaq. O, 2012-ci ildə Moskva vilayətinin qubernatoru təyin edildikdə, 6 aylıq fasilə istisna olmaqa 1991-ci ildən nazir vəzifəsində çalışıb.

Putinin yaxın adamlarından sayılan siyasətçi onunla ova çıxır, açıq havada istirahət edir. O, prezidentliyinin ilk iki dönəmində parlamentdə əsas putinyönlü partiya olmuş “Vahid Rusiya” partiyasının yaradıcılarından biridir. Bununla belə, Şoyqu hökumətyönlü fəallar və bloqqerlər arasında Rusiyanın Ukraynaya təcavüzü zamanı hərbi uğursuzluqlarına görə kəskin tənqid edilib.

65 yaşlı Belousov hazırda Rusiya baş nazirinin birinci müavini vəzifəsini icra edir. Hökumət başçısı Mixail Mişustin onu yeni vəzifəyə təyin etmək üçün Dumaya təklif verməyib.

Belousov hökumətdə iqtisadi blokun kuratoru adlanırdı. Biznes mediası onun iqtisadiyyat nazirlikləri və Mərkəzi Bankla münaqişələri barədə məlumat verib. O, hökumətin iqtisadiyyata daha çox cəlb olunmasının tərəfdarı olduğu iddia edilir.

Forum

XS
SM
MD
LG