Accessibility links

Putin “yuxuya ehtiyacı olduğu üçün” G20 sammitini erkən tərk edib


Rusiya prezidentinin dünya liderləri ilə görüşlərinin çoxu gərginliklə müşayiət olunub

ABŞ prezidenti Barak Obamanın sözlərinə görə, əgər Vladimir Putin beynəlxalq qanunları və Ukraynada münaqişəyə son qoymağa çalışan razılıqları pozmaqda davam etsə və beynəlxalq ictimaiyyət Rusiyanın təcridini davam etdirəcək.

Böyük İyirmiliyin (G20) samiitinin keçirildiyi Avstraliyanın Brisben şəhərində danışan cənab Obama Rusiyaya qarşı hazırki sanksiyaların effektiv nəticələr verdiyini deyib. ABŞ lideri bildirib ki, müttəfiqlərin komandası ehtiyac olduqca əlavə təzyiqlərin tətbiq olunması mexanizmlərinin axtarışını fasiləsiz davam etdirir.

Bu gün səhər saatlarında planlaşdırıldığından daha tez Avstraliyanı tərk edən cənab Putin buna əsas kimi yuxuya ehtiyacı olduğunu göstərib. Bununla yanaşı, onun dünya liderləri ilə görüşlərinin çoxu gərginliklə müşayiət olunub. Belə görüşlərdən biri Kanada baş naziri ilə olub. Baş nazir Stefen Harper Putinə birbaşa “Ukraynadan çıx”, - deyib. Vladimir Putin isə Ria Novosti xəbər agentliyinə açıqlamasına bildirib ki, sammitin erkən tərk etməsinin Ukraynadakı gərginliklə heç bir əlaqəsi yoxdur.

Bununla yanaşı, Ukrayna prezidenti Petro Poroşenko Ukraynanın Rusiya tərəfdarı şərq bölgəsində bəzi dövlət institutlarının bağlanmasına dair bir neçə fərman imzalayıb.

Cənab Poroşenkonun bu addımı separatçıların dominantlığında olan Donetsk və Luqanskın ölkənin digər regionlarından daha da uzaqlaşdıracaq.

XS
SM
MD
LG