Accessibility links

Putin: Hakerlər də rəssamlar kimi azad insanlardır


“Vətənpərvər ruhda hakerlər ola bilər, hansı ki, xəbərləri oxuyur və Rusiyaya haqqında pis danışanlara hücum edirlər”.

Azadlıq Radiosunun məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin iyunun 1-də Peterburqda keçirilən iqtisadi forumda rusiyalı hakerlərin ABŞ və Almaniya da daxil olmaqla, Avropada seçkilərə müdaxilə etməsi ilə bağlı sualı cavablandırarkən deyib.

Amma Putin 2 dəfə vurğulayıb ki, Rusiya dövlət səviyyəsində bu işlə məşğul olmur.

“Hakerlər hardan gəldi, dünyanın istənilən ölkəsindən çıxa bilərlər. Əlbəttə, dövlətlərarası münasibətlərin ümumi fonu bu halda əhəmiyyət kəsb edir. Hakerlər də rəssamlar kimi azad insanlardır. Səhər tezdən durub işləri ilə məşğul olurlar”, Putin vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın kəfiyyat orqanları Rusiyanı 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkisinə müdaxilədə ittiham edir.

XS
SM
MD
LG