Accessibility links

Putin homoseksualların hüquqlarının pozulması haqda iddiaların araşdırılmasını dəstəkləyir


Rusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin ölkənin insan haqları ombudsmanına bildirib ki, o Çeçenistanda homoseksuallara işgəncə verilməsinə dair deyilənləri həmin respublikanın hüquq-mühafizə orqanları ilə müzakirə edəcək.

Tatyana Moskalkova cümə günü Putindən Rusiyanın cənub regionlarında homoseksuallarla rəftarın araşdırılmasına dair komissiya yaratmağı xahiş edib.

"Novaya Qazeta"-da dərc olunan məqalədə 100-ə yaxın homoseksualın saxlanıldığı, işgəncəyə məruz qaldığı və azı üçünün öldürüldüyü barədə məlumat verilmişdi.

Putin “qeyri-ənənəvi seksual orientasiyaya malik adamlar” haqda “məlum informasiya, yaxud şaiyələrin” araşdırlması naminə belə bir komissiya yaradılması ideyasını dəstəkləyib.

İşgəncələr haqda məlumat ilk dəfə aprel ayında "Novaya Qazeta"-da əksini tapmışdı. Həmin məqalədə 100-ə yaxın homoseksualın saxlanıldığı, işgəncəyə məruz qaldığı və azı üçünün öldürüldüyü barədə məlumat verilmişdi.

Putinin şərhləri müəyyən mənada Rusiya rəsmilərinin keçmişdə bu məlumatlara məhəl qoymadığını əks etdirir.

İlk öncə Moskalkova bu cür olayların baş verdiyinə şübhə etdiyini söyləmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG