Accessibility links

Putin: Xarici internet resursları "Rusiya qanunlarına uyğun" işləməlidir


Russia Putin

İyunun 30-da Rusiya Prezidenti Vladimir Putin canlı yayımda rus bloger Nikita Levinskinin sualını cavablandırarkən deyib ki, TikTok, YouTube və ya bu kimi "xarici İnternet mənbələrini bağlamaq planları yoxdur". Ancaq onun sözlərinə görə, onlar Rusiya qanunlarına uyğun çalışmalıdırlar və xüsusən də Rusiyada nümayəndəliklər açmalıdırlar. Müvafiq qanun bu yaxınlarda Rusiya Dövlət Duması tərəfindən qəbul edilib.

"Siz Rusiya vətəndaşısınız?" - deyə, Putin sual verən şəxsə bildirib. "Özünə hörmət olmalıdır axı. Biz onlardan xüsusi bir şey tələb etmirik. İlk mərhələdə beynəlxalq platformaların bizdə nümayəndəlik açmalarını tələb edirik. Biz onlara deyirik : siz uşaq pornoqrafiyasını, "Molotov kokteyli" nin reseptlərini, intihar yolları barədə məlumatlar yayırsınız. Onlar sadəcə bizi dinləmirlər! Bizə məhəl qoymurlar!

Qanun layihəsində nümayəndəliklərin açılması ilə yanaşı, qanun layihəsi axtarış sistemlərinin saytları Rusiya Federasiyası qanunlarına uyğun gəlmədiyi (bu qeyri-kommersiya təşkilatlarına - "xarici agentlərə" və ya "qadağan olunanlara" aiddir, FBK kimi) halda işarələməsi də nəzərdə tutulur. Bu, saytları axtarış nəticələrindən kənarlaşdırır və Rusiya Federasiyasının qanunlarını pozan reklam mənbələrini qadağan edir.

"Dünyada özlərinə hörmət edən bütün ölkələr həm Avropada, həm də Asiyada belə davranırlar" - deyə, Putin əlavə edib. O, başqa ölkələrdə mövcud olduğu iddia edilən internet şirkətləri üçün oxşar məhdudiyyətlərə toxunub.

"Kimisə bağlamaq planımız yoxdur. Ancaq bu şirkətlər bizi eşitməsə, müxtəlif texniki yollar var" - deyə, o qeyd edib. Bu qanun "daha sərt tədbirləri" arasında pul köçürmələri, fiziki və hüquqi şəxslərdən ödənişlərin qəbulu, habelə Rusiya ərazisindəki mənbələrin qismən və ya tamamilə bloklanması ilə bağlı qadağaları əks etdirir.

XS
SM
MD
LG