Accessibility links

Vladimir Putin: Terrorizmlə mübarizə üçün beynəlxalq koalisiya yaradılmalıdır


Rusiya prezidenti terroizmlə mübarizə məqsədi ilə koalisiya qurulmasını istədiyini bildirib.

Vladimir Putin deyib ki, Suriya prezidenti erkən parlament seçkiləri keçirərək, müxalifət nümayəndələrinin seçkilərdə iştirakına imkan yaradıb.

"Biz terrorizm və ekstremizlə mübarizə məqsədi ilə beynəlxalq koailisiya yaradılmasını istəyirik" - deyə Putin Vladivostokda keçirilən iqtisadi forumda bildirib.

Rusiyanın dövlət başçısı Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Səudiyyə Ərəbistanının rəhbərliyi. İordaniya kralı Abdulla və Misir prezidenti Əbdel Fəttah Əl-Sisi ilə də bu haqda müzakirələr keçirdiyini deyib.


Putin koalisiyanın Suriyakı siyasi cərəyanlarla parallel hərəkət etməsinin vacibliyini vurğulayıb. O, prezident Əsədlə danışdığını və onun da bununla razılaşdığını bildirib.

Putin Suriyada insanların Əsəd rejimindən deyil, İslam Dövlətinin vəhşiliklərindən qaçdığını bildirib.

Rusiyanın dövlət başçısı Suriyda böhranın həlli istiqamətində o ölkədəki tərəfdaşları ilə birgə iş apardığını da dilə gətirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Avropa Parlamenti Ukraynaya Aİ-yə namizəd statusu verib
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG