Accessibility links

Putin: Moskva nüvə silahlarının yerləşdirilməsi üçün Belarusla müqavilə bağlayır


Belarus
Belarus

Prezident Vladimir Putin şənbə günü deyib ki, Rusiya qonşu Belarusla öz ərazisində taktiki nüvə silahları yerləşdirmək məqsədilə razılıq əldə edib.

Putin dövlət televiziyasına bildirib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Polşa ilə sərhəd bölüşən Belarusda taktiki nüvə sialhları yerləşdirmək məsələsini uzun zamandır qaldırıb.

“Burada qeyri-adi he nə yoxdur. Birincisi, Birləşmiş Ştatlar bunu onillərdir edir. Onlar uzun müddətdir ki, öz taktiki nüvə silahlarını müttəfiq ölkələrinin ərazisində yerləşdiriblər,” o deyib.

“Biz öhdəliklərimizi pozmadan, bir daha vurğulayıram, nüvə silahlarının yayılmamsı ilə bağlı beynəlxalq öhdəliklərimizi pozmadan eynisini etməyə razılaşdıq.”

Putin deyib ki, Rusiya taktiki nüvə silahları üçün saxlanma obeyktinin tikintisini iyulun 1-dək başa çatdıracaq. O əlavə edib ki, Moskva silahlara nəzarəti Minskə ötürməyəcək.

O bildirib ki, Rusiya Belarusda taktiki nüvə silahlarını daşıya bilən 1o təyyarə yerləşdirib və əlavə edib ki, Moskva artıq Belarusa nüvə silahları ata bilən bir neçə İskəndər taktiki raket sistemini köçürüb.

Belarus Rusiyadan əlavə Ukrayna, Polşa, Litva və Latviya ilə sərhəd bölüşür.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG