Accessibility links

Vladimir Putin Obamanı yenidən prezident seçilməsi münasibətilə təbrik edib


Rusiya lideri Barak Obamanı yenidən 2013-cü ildə ölkəyə dəvət edib


Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Barak Obamanı yenidən prezident seçilməsi münasibətilə təbrik edərək, iki ölkə arasında son illər əldə edilmiş inkişafları qeyd edib.

Teleqramında Rusiya lideri ABŞ-da gərgin seçki kampaniyasını nəzərə alaraq, Demokrat partiyasının namizədinin böyük üstünlüklə qələbə əldə etməsinə yüksək qiymət verib.

Kremlin mətbuat xidmətinə istinadən edən RİA Novosti agentliyinin verdiyi məlumata görə, Vladimir Putin Rusiya və ABŞ arasında ötən illər əldə edilmiş nailiyyətləri qeyd edib və ikitərəfli münasibətlərdə vacib məsələlər, eləcə də aktual və beynəlxalq və regional problemlərin üzərində birgə işin konstruktiv şəkildə davam etdiriləcəyinə ümid etdiyini bildirərək, Rusiya və ABŞ kimi ölkələr arasında qarşılıqlı əməkdaşlığın dünyada sabitlik və təhlükəsizliyin təmin edilməsi işində vacibliyini xüsusi vurğulayıb.

Rusiya prezidenti həmçinin Barak Obamaya 2013-cü ildə ölkəyə səfər etməsi haqda dəvətini bir daha təsdiq edib.
XS
SM
MD
LG