Accessibility links

Putin Macarıstanda Baş Nazir Viktor Orbanla görüşür


Rusiya Prezidenti Vladimir Putin oktyabrın 30-da Macarıstanda Baş nazir Viktor Orban ilə görüşəcək. Görüşdə əsasən enerji məsələsinin müzakirə olunacağı gözlənir.

Hər iki lider qərbin liberal dəyərlərini rədd edir. Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən Orban Putinlə ildə azı bir dəfə, 2017-ci ildə iki dəfə görüşüb. Orban AB-nin Rusiyaya sanksiyalarının yumşaldılması tərəfdarıdır.

Kremlin mətbuat xidmətinin məlumatına görə, tərəflər kommersiya, iqtisadiyyat, mədəniyyət və humanitar sektorları müzakirə edəcək, bir sıra beynəlxalq və regional məsələlər üzrə fikir mübadiləsi aparacaqlar.

Macarıstan təbii qazı Rusiyadan alır, nüvə enerjisi zavodunu Rosatom-un köməyi ilə təkmilləşdirməkdən ötrü Moskva ona 10 milyard avroluq kredit xətti də açıb.

Putinin səfərinin gündəmi ilə tanış mənbə “Reuters”ə deyib ki, görüşdə Turk Axını layihəsi də müzakirə olunacaq. Bu kəmər Qara Dənizinin dibiylə Türkiyədən keçir, Macarıstan üçün ayrıca xətt nəzərdə tutulub. Ancaq Putin layihəni irəli aparmaqdan ötrü aidiyyatı olan ölkələri ona cəlb etməyə çalışır.

Macarıstanın Rusiya ilə qaz kontraktı 2021-ci ildə bitir, hazırda Ukraynadan keçən kəmərlər vasitəsilə Rusiyadan qaz alır. Kiyev-Moskva qaz tranziti kontraktının müddəti isə dekabrın 31-də başa çatır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG