Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan Suriyada vətəndaş müharibəsinə son qoymağa kömək etmək məqsədi ilə ölkənin mühüm şimal vilayəti olan İdlibdə “de-eskalasiya” zonasının yaradılması istiqamətində işləməyə dair razılıq əldə edib.
Hər iki lider Ankarada keçirilən danışıqlardan sonra hazırda cihadçıların nəzarətində olan İdlibin planı barədə müxbirlər qarşısında çıxış edib.
“Suriyada gedən qardaş qırğınına son qoymaq, terrorçuları tamamilə məhv etmək və suriyalıların dinc həyat tərzinə qayıda bilmələri üçün zəruri şəraitlər yaradılır. Bu, tək Suriya xalqı üçün, bütün region üçün deyil, bu bütün dünya üçün prinsipial əhəmiyyət daşımır. Biz qaçqınların geri dönmələri üçün şərait yaradırıq” deyə Rusiya prezidenti Vladimir Putin bildirib.
Bu razılıq altı il davam edən müharibəyə son qoymaq məqsədi ilə sülh prosesinə başlamaq üçün başlıca addımdır.
Lakin analitiklər Ankarada əldə edilən razılığın qeyri-məcburi olduğunu deyir.