Accessibility links

Putin, ABŞ-ın Rusiya mediasına qarşı addımlarına cavab veriləcəyini deyib


Prezident Vladimir Putin Birləşmiş Ştatlarda fəaliyyət göstərən Rusiya mediasına edilən hücumlara qarşı cavab tədbirləri görüləcəyini deyir.

Putinin şənbə günü Vyetnamda səsləndirdiyi şərhləri Kreml tərəfindən maliyyəşədirilən Russia Today televiziya kanalının ABŞ Ədliyyə Nazirliyinin əmri ilə xarici təşkilat kimi qeydə alınması ilə bağlı şikayətdən sonraya təsadüf edir.

Putin, “ABŞ-da bizim mediaya qarşı hücumlar şübhəsiz ki, ifadə azadlığına qarşı hücumlardır” deyərək, cavab tədbirlərin görüləcəyini bildirib.

Russia Today-in baş redatoru Marqarita Simonyan deyib ki, onlar qərara müvafiq olaraq qeydiyyatdan keçəcək, belə ki, bu baş verməsə kanalın amerikalı direktoru həbs edilə və hesablar dondurula bilər. Simonyan tələblə qətiyyən razılaşmadıqlarını və məhkəməyə müraciət edəcəklərini bildirib. O, qeyd edib ki, bu tələblər diskriminasiya olmaqla, demokratiya, həm də ifadə azadlığı prinsiplərinə ziddir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG