Accessibility links

Putin Trampla heç vaxt görüşmədiyini deyib


Rusiya prezidenti Vladimir Putin ABŞ-ın NBC teleşirkətinin jurnalisti Meqan Kelli ilə müsahibə zamanı
Rusiya prezidenti Vladimir Putin ABŞ-ın NBC teleşirkətinin jurnalisti Meqan Kelli ilə müsahibə zamanı

Rusiya prezidenti Vladimir Putin Birləşmiş Ştatlar prezidenti Donald Trampla heç vaxt görüşmədiyini deyib və Moskvanın onun amerikalı həmkarı barədə kompromat məlumatlara malik olduğuna dair iddiaları rədd edib.

Putinin NBC News telekanalının müxbiri Meqan Kelliyə verdiyi müsahibənin bir hissəsi bazar günü yayımlanıb.

Jurnalistin “Trampa zərər verə biləcək hər hansı bir informasiyaya” dair sualının cavabında Putin bunun “daha bir cəfəngiyyat” olduğunu deyib.

“Belə bir məlimatı haradan əldə etmisiniz? Nəyə görə bizim hansısa əlaqəmiz olmalıdır? Bizim ümumiyyətlə heç bir əlaqəmiz olmayıb. Moskvaya gələndə belə mən heç vaxt onunla görüşməmişəm. Bizə çox sayda amerikalı gəlir. Hazırda Amerikanın 100-ə qədər şirkətinin nümayəndəsi Rusiyadadır. Sizcə, biz onların hamısı barədə kompromat məlumat toplayırıq? Siz hamınız orada reallıq hisslərinizi itirmisiniz?”

Rusiya prezidenti Kremlin keçən ilin noyabr ayında Demokrat Partiyasının elektron poçtunu sındıraraq, Birləşmiş Ştatlarda prezident seçkilərinə müdaxilə etdiyini bir daha inkar edib.

Putin Rusiyanın məxfi məlumat toplamağa ehtiyacı olmadığını və Birləşmiş Ştatların prezidentinin kim olmasından asılı olmayaraq, Rusiyanın bu ölkənin liderindən nə gözlədiyini bildiyini deyib.

Rusiya prezidenti eləcə də, ABŞ-ın sabiq ordu generalı, fevral ayında milli təhlükəsizlik müşaviri vəzifəsindən çıxarılan Maykl Flinlə də hər hansı bir əlaqəsi olduğunu inkar edib.

XS
SM
MD
LG