Accessibility links

Vladimir Putinun xəbərdarlığına qarışıq reaksiyalar verilir


Rusiya prezidenti Vladimir Putunun xəbərdarlığı tənqidlərlə qarşılanıb.

ABŞ Senatının xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez CNN telekanalına müsahibəsi zamanı deyib ki, Putinin məqaləsi onda “ürək bulanmasına” səbəb olub. O, bu yazıdan sonra Rusiyanın Suriya ilə bağlı yeni təklifinə şübhə ilə yanaşdığını deyib.
“New York Times”da Putinin məqaləsinə yer verən şəxs işdən azad edilməlidir

Twitter-də respublikaçı senator Con Makkeyn Putinin məqaləsini “amerikalıların intellektinə təhqir” adlandırıb.

Pennsilvaniyadan bir şəxs Twitter-də yazıb ki, “New York Times”da Putinin məqaləsinə yer verən şəxs işdən azad edilməlidir.

Lakin Nyu-Yorkdan bir qadın Putinə Amerika xalqına birbaşa müraciət etdiyi üçün təşəkkürünü bildirib.

Rusiya prezidenti Vladimir Putin Suriyaya qarşı hərbi əməliyyatların pis nəticələnəcəyi barədə xəbərdarlıq verib.

“New York Times” qəzetində dərc edilən rəy məqaləsində Putin deyir ki, təktərəfli hücum deyil, BMT ilə iş birliyinə üstünlük verilməlidir. Rusiyanın dövlət başçısı ABŞ-ın Suriyaya hücumunun zorakılıqları artması və terrorizmin yeni dalğasıın baş qaldırması ilə nəticələnəcəyini deyib.

Vladimir Putin hava hücumlarının İranın nüvə proqramı ilə bağlı səylər və İsrail-Fələstin sülh prosesinə mənfi təsir göstərəcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG