Accessibility links

Putin Rusiyanı modernləşdirəcəyini vəd edib


Rusiya prezidenti Vladimir Putin, Rusiyanın baş naziri Dmitri Medvedev və Birləşmiş Rusiya partiyasının baş katibi vəzifəsini icra edən Andrey Turçak.
Rusiya prezidenti Vladimir Putin, Rusiyanın baş naziri Dmitri Medvedev və Birləşmiş Rusiya partiyasının baş katibi vəzifəsini icra edən Andrey Turçak.

Rusiya prezidenti Vladimir Putin Rusiyanı modernləşdirmək üçün öz təkliflərini səsləndirib. Bununla bərabər, şənbə günü onun bəzi rəqibləri növbəti ilin mart ayında keçiriləcək prezident seçkilərində namizədliklərini rəsmən irəli sürüblər.

Putin prezindent seçkilərində Birləşmiş Rusiya partiyasıdan məsafə saxlayaraq, müstəqil namizəd kimi iştirak edəcək. Kremlin partiyası hesab olunan Birləşmiş Rusiya-nın bəzi yüksək vəzifəli üzvləri son dövrlərdə korrupsiyada ittiham edilirlər.

Buna baxmayaraq, Putin şənbə günü Birləşmiş Rusiya-nın konqresində iştirak edərək, gələcək məqsədləri haqqında danışıb. Onun vədləri arasında bizneslərə daha geniş stimulların verilməsi, korrupsiya ilə mübarizə və vəsait çatışmazlığı yaşayan səhiyyə və təshil sisteminə əlavə resursların sərf edilməsi olub.

Etimad reytininin 80 faiz olduğu bildirilən Putin 18 mart 2018-ci ildə keçiriləcək seçkilərdə rahatlıqla qələbə qazanacağı gözlənilir.

Tanınmış televiziya ulduzu Kseniya Sobçak prezident seçkilərində namizədliyini rəsmən şənbə günü elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG