Accessibility links

Putin “Rusiya ordusu haqqında saxta məlumatlara” görə 15 ilə qədər həbs cəzası nəzərdə tutan qanunu imzalayıb


Rusiya prezidenti Vladimir Putin “Rusiya ordusu haqqında saxta” məlumatlara görə 15 ilə qədər həbs cəzasını nəzərdə tutan qanunu imzalayıb.

Cinayət Məcəlləsinin 207.3-cü - "Rusiya Federasiyası Silahlı Qüvvələrinin Rusiya və onun vətəndaşlarının mənafeyini qorumaq üçün istifadə edilməsi barədə yalan məlumatın bilərəkdən açıq şəkildə yayılması haqqında" maddəsinə dəyişiklik edilib.

Bu qanunu pozanlar üçün 5 milyon rubla qədər cərimə və ya 10 ilə qədər həbs cəzası nəzərdə tutulur. Saxta məlumatların yayılması ağır nəticələrə səbəb olarsa, həbs müddəti 10 ilə 15 ilədək çıxa bilər.

Bundan əlavə qanuna əsasən, Rusiyaya qarşı sanksiya çağırışlarına görə də cinayət cəzası nəzərdə tutulur. Bu cür hərəkətlər edən şəxslər 500 min rubla qədər cərimə, azadlığın məhdudlaşdırılması və yaxud 200 min rubla qədər cərimə ilə üç ilə qədər həbs cəzası ilə üzləşə bilər.

Bu qanun qəbul ediləndən sonra BBC xəbər agenliyinin rus xidməti cinayət təqibi təhlükəsi səbəbilə Rusiyada fəaliyyətini müvəqqəti dayandırmaq qərarına gəlib, redaksiya Rusiya Federasiyasından kənarda fəaliyyət göstərəcək. “Novaya qazeta” Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı materialları sildiyini açıqlayıb, “The Bell” isə münaqişəni işıqlandırmağı dayandırmaq qərarına gəlib.

Rusiyada müharibə başlayandan bəri Natoyasheye Vremya, Krım.Realii, New Times, Taiga.Info, DOXA, Exo Moskvı, Dojd, Meduza, BBC rus xidməti, Azadlıq Radiosu, Amerikanın Səsi, Deutsche Welle və başqa xəbər portalları bloklanıb. “Dojd” və “Znak.com” fəaliyyətlərini dayandırılmaları barədə məlumat yayıb. Tomskın TV2 agentliyi də işini dayandırdığını elan edib. Facebook, Twitter, TikTok, Instagram-ın fəaliyyəti məhdudlaşdırılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG