Rusiya prezidenti ölkəsinin bütün kimyəvi silahlarının məhv edildiyini bəyan edib. Vladimir Putin bunu tarixi bir addım adlandırıb.
“Bu gün Rusiyada kimyəvi silah anbarlarının sonuncusu məhv edilib. Bu isə müasir dünyanı daha sabit və daha balanslaşmış edir” - deyə Rusiyanın dövlət başçısı televiziyada yayımlanan çıxışında bildirib.
Moskvanın bu işi qarşıya məqsəd qoyulduğu müddətdən 3 il öncə gördüyünü vurğulayan Putin Vaşiqntonu vədinə əməl etməməkdə günahlandırıb.
O deyib ki, Amerika kimyəvi silahların məhvi sahəsində qoyulan müddətə əhəmiyyət vermir. Putin rəsmi Vaşinqtonun bu müddəti artıq 3 dəfə təxirə saldığını bildirib.
Rusiya prezidenti ABŞ-ın bu müddəti təxirə salmasını maliyyə resurslarının kifayət etməməsi ilə izah edib.