Accessibility links

Putin Misirin ilk nüvə stansiyasının tikintisinə başlanmasına dair Misirlə saziş imzalayıb


Rusiya prezidenti Vladimir Putin iki ölkə arasında əlaqələrin genişləndirilməsi və regional məsələlərin müzakirəsi üçün misirli həmkarı ilə paytaxt Qahirədə görüşüb.

Dekabrın 11-də Misir prezidenti Əbdel Fəttah Əl-Sissi ilə görüşündən sonra Putin deyib ki, Rusiya prinsip etibarilə Misirə sərnişin uçuşlarının bərpasına hazırdır və bu barədə razılaşmanın yaxın gələcəkdə imzalanacağı gözlənilir.

Rusiya Misirə kommersiya uçuşlarını, Rusiya məzuniyyətçilərini Qırmızı dəniz kurortundan vətənə aparan təyyarə 2015-ci ilin oktyabrında Sinay yarımadası üzərində partlayandan sonra dayandırmışdı. Bu hadisə nəticəsində təyyarədə olan 224 nəfər həlak olmuşdu. O vaxt Sinay yarımadasında İslam Dövləti ekstremist təşkilatına bağlı bir qruplaşma bu aksiyanın məsuliyyətini üzərinə götürmüşdü.

Bundan sonra Rusiya və Misir rəsmiləri aeroport təhlükəsizliyinin möhkəmləndirilməsi və uçuşların bərpası məsələsini müzakirə etsələr də, razılaşma əldə olunmamışdı.

Putinin Misirə səfəri zamanı habelə iki ölkə arasında Misirin ilk nüvə stansiyasının tikintisinə başlanmasına dair saziş imzalanıb.

Rusiyanın dövlət nüvə şirkəti Rosatom bildirib ki, Aralıq dənizi sahilində yerləşən Dabaa nüvə stansiyasının 4 reaktoru olacaq və ümumi dəyəri 21 milyard dollarlıq bu qurğunun tikintisi 2028-2029-ci illərdə başa çatacaq.

Putin Misirə uçmazdan əvvəl Suriyaya elan edilməmiş səfərə gəlmiş və burada Rusiya qoşunlarının bu ölkədən çıxarılmasına başlandığını bəyan etmişdi.

Günün sonunda Rusiya prezidentinin Recep Tayyip Ərdoğanla danışıqlar üçün Ankaraya gedəcəyi gözlənilir.

Kreml xəbər verir ki, burada iki prezident qarşılıqlı münasibətlər, şərikli enerji layihələri və Yaxın Şərqdəki vəziyyət kimi məsələləri müzakirə edəcəklər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG