Accessibility links

Rusiya: Putin Trampla görüşməyə hazırdır


Rusiyanın xarici işlər naziri Sergey Lavrov prezident Vladimir Putinin ABŞ prezidenti Donald Trampın Vaşinqtona dəvətini qəbul etməyə hazır olduğunu bildirib.

Dövlətə məxsus “RIA Novosti” xəbər agentliyinə verdiyi müsahibəsində Sergey Lavrov Putinin belə bir görüşə hazır olduğunu deyib.

“Biz Birləşmiş Ştatların artıq məxvi olmayan və hamıya məlum olan telefon danışığına istinad edərək deyə bilərik ki, ABŞ prezidenti belə bir dəvət edib və deyib ki, onu (Putini) Ağ Evdə görməkdən məmnun olardı", Lavrov bildirib.

Lavrov onu da əlavə edib ki, Putinlə telefon söhbəti zamanı Tramp dəvət mövzusuna bir neçə dəfə toxunub və Rusiyaya qarşılıqlı səfər etməsindən məmnunluq duyacağını bildirib.

Bundan əvvəl Tramp və Putin Vaşinqtonda mümkün zirvə görüşü barədə razılığa gəlmişdi.

Tramp Putini təbrik etmək üçün martın 20-də, Rusiyada keçirilən prezident seçkilərindən iki gün sonra ona zəng edib.

Ağ Ev və Kreml iki liderin şəxsən görüşünün mümkünlüyü məsələsini müzakirə etdiyini bildirib.

XS
SM
MD
LG