Accessibility links

Putin: Trampın sirr ötürmədiyini təsdiq edə bilərəm


Rusiya prezidenti Vladimir Putin deyib ki, prezident Donald Tramp keçən həftə Vaşinqtonda görüş zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrova heç bir sirr ötürməyib və o bunu təsdiq edə bilər.

İtaliyanın baş naziri Paolo Gentioloni ilə birgə mətbuat konfransında danışan Putin Lavrovun ona ehtimal olunan heç bir sirr ötürmədiyini deyib. Rusiya prezidenti böyük məmmuniyyətlə danışıqların stenoqrammasını təqdim edə biləcəyini bildirib.

Tramp mediada onun Lavrov və Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla görüş zamanı həssas kəşfiyyat məlumatlarını ötürdüyünə məlumatlardan sonra özünü müdafiə edib.

ABŞ prezidenti Donald Tramp Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ağ Evdə görüş zamanı
ABŞ prezidenti Donald Tramp Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ağ Evdə görüş zamanı

Prezident və onun müşavirləri Trampın kəşfiyyat mənbələri, ya da metodlarını riskə qoya biləcək hər hansı bir məlumat ötürdüyünü rədd edib. Milli Təhlükəsizlik məsələləri üzrə müşavir H.R.Makkmaster Trampın Rusiya diplomatları ilə müzakirələrinin danışıqlara “tam müüvafiq” olduğunu bildirib.

"Mən qətiyyən narahat deyiləm. Bu danışıqlar əsnasında yerində edilmiş söhbət olub. Mən hesab edirəm ki, bu, bizim kəşfiyyat üzrə tərəfdaşlarımızın gözləntilərinə tamamilə uyğun olub", Makmaster bildirib.

Görüşlə bağlı məlumatlarda İŞİD-in təyyarələrə bomba gizlədilmiş laptop komyuterləri keçirə bilməsinin mümkünlüyünə dair məxfi informasiyanın verildiyi haqda xəbər verilib.

Putin deyib ki, Amerikada Rusiya əleyhinə əhval-ruhiyyə ölkəyə zərər vurur və Trampın ölkəni lazımi şəkildə idarə etməsinə mane olur. O, Trampın bədxahlarının “siyasi şizofreniya”dan əziyyət çəkdiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG