ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi səs-küylü zirvə görüşü bir neçə gündür ki ABŞ Konqresinin əsas müzakirə mövzusu olsa da, bununla bağlı konkret addımlar təklifi demək olar ki yoxdur.
Kremlin keçmişdəki ABŞ seçkilərinə müdaxiləsi və gələcək seçkilərlərlə bağlı hədələri mövzusunda Trampın dəyişkən bəyanatları fonunda Konqres ABŞ kəşfiyyat idarələrini dəstəkləyən iki simvolik qərarı qəbul edib.
ABŞ Senatının qanunvericiləri Rusiyanın cari və sabiq diplomatlarını sorğu-sual etməsinə cavab olaraq, yekdilliklə simvolik qərarlar qəbul ediblər. Bu, Ağ Evin Rusiyada ABŞ-ın keçmiş səfiri Maykl Makfol da daxil olmaqla, bir neçə amerikalını dindirməsi qərarının əsaslı olub-olmadığını müəyyən etməyə çalışdığını bildirəndən sonraya təsadüf edir.
Eyni zamanda, Putin iki ölkə arasındakı vəziyyətin gərginləşmənin səbəbkarlarının Trampın ABŞ-dakı tənqidçiləri olduğunu deyib.