Accessibility links

Putin ABŞ prezidenti Donald Trampla danışıqlara hazır olduğunu bildirib


Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla danışıqlara hazır olduğunu bildirib.

Rusiyanın dövlət başçısı bunu ölkə əhalisinin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, bu, ABŞ dövlət başçısının istəyi ilə baş verə bilər. Putin eyni zamanda Trampın növbəti prezident kampaniyasının ABŞ-Rusiya münasibətlərinə ziyan vura biləcəyini də önə çəkib.

"Dialoq həmişə yaxşı, həmişə ehtiyac duyulandır. Əlbəttə, Amerika tərəfi buna maraq göstərirsə, biz də diqloqa tərəfdaşlarımızın hazır olduğu qədər hazırıq "- deyə, Putin bildirib.

Putin Qərbin Rusiyaya sanksiyalarından danışarkən bu məhdudiyyətlərdən ölkənin 50-55 milyard dollar itirdiyini bildirib. Ancaq o, Avropanın sanksiyalara görə Rusiyadan daha çox itirdiyini deyib.

Putinin sözlərinə görə, indi Rusiya xaricdən aldığı şeyləri əvəzləmək üçün öz texnologiyalarını inkişaf etdirir.

“Sanksiyalar bir çox hallarda bizi səfərbər etdi”, o söyləyib.

Moskva sanksiyaların qaldırılması və “barışmaq” üçün hansısa addım atacaqmı sualına cavabında Putin deyib ki, “bizim heç kəslə mübahisəmiz yoxdur”. Qərbin Rusiyaya münasibətinə gəlincə, onun sözlərinə görə, “davranışımızı dəyişsək belə heç nə dəyişən deyil”.

Ölkə üzrə milyonlarla vətəndaşın göndərdiyi suallar içindən canlı yayım üçün seçim edilir. Adətən, Putinin cavablandırdığı seçilmiş suallar ölkəiçi məsələləri əhatələyir. Suallar bərbad mənzil şəraiti, dərmanların əldə olunması, dövlət sektorunda korrupsiya haqda olub.

Putin deyib ki, öncədən nəzərdən keçirdiyi suallar içində ən çox diqqətini çəkən Rusiyada həyat, gəlirlər, sağlamlıq problemləri, zibilxanaların idarə olunması ilə bağlı olub.

“Birbaşa Xətt” televiziya proqramında bu il prezidentə 1,5 milyon sualın ünvanlandığı bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG