Accessibility links

Putin Türkiyəyə qarşı iqtisadi sanksiyaların ləğvi barədə fərman imzalayıb


Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı bir sıra iqtisadi sanksiyaların qaldırılması barədə fərman imzalayıb.

Bu barədə RİA Novosti Kremlin mətbuat xidmətinə istinadən xəbər verib.

Məlumata görə, Türkiyədən işçi qüvvəsi və müxtəlif sahələrdə fəaliyyət göstərən Türkiyə şirkətlərinə qarşı məhdudiyyətlər aradan qaldırılıb.

Putin Rusiyaya vizasız gələ bilən Türkiyə vətəmdaşlarının siyahısını genişləndirib.

Bu, hava pilotları və diplomatlar da daxil olmaqla, xidməti pasportu olan və Rusiyaya qısa müddətə gələn şəxslərə şamildir.

Bu, həmin şəxslərin ailə üzvlərinə də aid olacaq.

Amma qeyd edilir ki, bu istisna Türkiyənin eyni addım atacağı halda işləyəcək.

Qeyd edək ki, Türkiyənin 2015-ci ildə Suriya sərhədi yaxınlığında Rusiya təyyarəsini vurmasından sonra iki ölkə arasındakı münasibətlər kəskin pisləşmişdi və Moskva Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq etmişdi.

Ərdoğan sonradan həmin insidentə görə üzr istədikdən sonra münasibətlər normallaşmağa başladı.

Dünyaya Baxış

Dünyaya Baxış - 27 iyul 2021
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 23 İyul 2021
please wait

No media source currently available

0:00 0:29:57 0:00
XS
SM
MD
LG