Accessibility links

Vladimir Putin Ukraynanın parlament seçkilərinin ölkədə sabitliyi bərqərar edəcəyinə ümid bəsləyir


Rusiya prezidenti Ukraynanın parlament seçkilərinin ölkədə sabitliyi bərqərar edəcəyinə ümid bəslədiyini deyib. Vladimir Putin oktyabrın 26-da keçiriləcək seçkilərin gətirəcəyi sabitliyin Rusiya tərəfindən alqışlanacağını bildirib.

“Ümid edirəm ki, Ukraynanın parlament seçkiləri çoxdan gözlənilən siyasi sabitliyi təmin edəcək”- deyə Rusiyanın dövlət başçısı bildirib.

Vladimir Putin deyib ki, Ukraynanın iqtisadi və siyasi böhrandan çıxışı Rusiyanın maraqlarına xidmət edir. O, Ukraynanı Rusiyaya qardaş ölkə adlandırıb. Rusiya prezidenti iki ölkənin etnik, mənəvi, dini və tarixi ortaqlığı bölüşdüyünü deyib.

Eyni zamanda Rusiya lideri Ukraynaya xəbərdarlıq edərək, suverenliyi və ərazi bütövlüyünü qorumasının yalnız etnik ruslar və rusdilli əhali də daxil edilməklə, bütün vətəndaşlarının hüquqlarının təmin edildiyi halda mümkün olacağını bildirib.

Rusiyanın rusdilli əhalinin ayrı-sekiliyə məruz qaldığına dair iddiaları Ukrayna tərəfindən rədd edilir.

Rusiya ilə Ukrayna arasında münasibətlər mart ayında Krımın Rusiya tərəfindən ilhaqı və Moskavanın separatistləri dəsttəkləməsi səbəbi ilə gərginləşib. Baxmayaraq ki, Rusiya bu ittihamları rədd edir.

XS
SM
MD
LG