Accessibility links

Putinin ukraynalılar, tatarlar və yəhudilərlə bağlı açıqlamaları mənfi reaksiya doğurub


Rusiya prezidenti Vladimir Putinin 2016-cı ildə Amerikada prezident seçkilərinə müdaxilənin arxasında Rusiyada yəhudilər və ya başqa azlıqların dura bilməsi haqda açıqlamaları Birləşmiş Ştatlarda mənfi reaksiyaya səbəb olub.

ABŞ-dakı Anti-Defamasiya Liqası (ADL) martın 11-də Putinin NBC tele-kanalına müsahibəsi zamanı verdiyi açıqlamalara “onun xüsusi qeyd etdiyi bu icmalara bundan sonra zərərin dəyə bilməsindən öncə” izahat verəcəyinə ümid bəslədiyini bildirib.

Martın 9-da yayımlanmış müsahibədə Putinə Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı sual verilib. Putin Rusiya vətəndaşlığı olan ukraynalılar, tatarlar və yaxud da yəhudilərin bununla əlaqəsi ola bildiyini deyib.

“Bəlkə onlar heç rus deyillər, Rusiya vətəndaşlığı olan ukraynalılar, tatarlar və yaxud da yəhudilər də yoxlanıla bilər. Bəlkə onların ikili vətəndaşlığı, ya da yaşıl kartı var. Bəlkə amerikalılar bu işi görmək üçün pul verib. Siz bunu necə bilə bilərsiniz? Mən bilmirəm”, Putin bildirib.

Rusiya prezidenti Vladimir Putin NBC tele-şirkətinin jurnalisti Meqan Kelli ilə müsahibə zamanı
Rusiya prezidenti Vladimir Putin NBC tele-şirkətinin jurnalisti Meqan Kelli ilə müsahibə zamanı

Anti-Defamasiya Liqasının prezidenti A.Greenblat açıqladığı bəyanatda bildirib ki, “prezident Putin qəribə bir şəkildə ölkədəki yəhudilər və başqa azlıqları göstərərək günahkar oyununa əl atır”.

O həmçinin bildirib ki, “Rusiya prezidentinin onun ölkəsini yüz illərdi bürümüş klassik anti-semit stereotilərini yenidən canlandırmasını görmək olduqca böyük narahatlıq doğurur”.

Konnektikut ştatından demokrat senatoru Riçard Blumental dünya liderlərini Putinin açıqlamalarını qınamağa çağırıb.

Birləşmiş Ştatların kəşfiyyat agentliklərinin 2017-ci ilin yanvar ayında Rusiyanın ABŞ prezident seçkilərinə müdaxilə məqsədilə genişmiqyaslı haker fəaliyyəti və təbliğat kampaniyası apardığı haqda nəticə çıxarmasından sonra bunun dövlət səviyyəsində təşkil olunduğuna işarə edən daha artıq dəlillər aşkar edilib. Rusiya bu iddiaları rədd edir.

ABŞ-ın xüsusi prokuroru Robert Müller fevral ayında Rusiyanın 13 vətəndaşı və 3 təşkilatını seçkilərə müdaxilə etməkdə ittiham edərək, onları Birləşmiş Ştatları aldatmaq məqsədilə əlbir olmaqda günahlandırıb.

XS
SM
MD
LG