Accessibility links

Putin Ukraynada prezident seçkisinin legitimliyini sual edir


Rusiya perzidenti Valdimir Putin Ukraynada qarşıdan gələn president seçkisi ilə bağlı şübhələrini ifadə edib, lakin deyib ki, bazar günü səsvermə üçün münasib şəraitin yaradılması üçün Rusiya öz hərbi qüvvələrini Ukrayna sərhədlərindən geri çəkir.

Cənab Putin Ukrayna hökumətinin ölkənin şərqində Rusiya tərəfdarı separatçılara qarşı təhlükəsizlik əməliyyatları davam etdirməsi və regionda Rusiya mediası üçün çalışan jurnalistləri saxlamasına işarə edərək deyib ki, “Ukraynanın cənub-şərqində cəza tədbirlərinin davam etdirildiyi və mətbuatın işinə mane törədildiyi bir fonda hakimiyyətə gəlmiş” insanlarla münasibətlərin qurulması çətin olacaq. Rusiya prezidenti bu açıqlamaları Şanxayda Çinə səfərinin sonuncu günü verib.

Cənab Putin mayın 18-də Ukrayna təhlükəsizlik qüvvələri tərəfindən saxlanmış Kreml tərəfdarı LifeNews internet portalını təmsil edən iki rus jurnalistin pis rəftara məruz qaldığını və bunun Ukraynada bütün siyasi proseslərin legitimliyi ilə bağlı sualların qaldırdığını deyib.

Ukrayna rəsmiləri Rusiya jurnalistlərinin maşınında zenit raket qurğularının aşkar edildiyini bildrib. Cənab Putin bu ittihamları cəfəngiyyat adlandırıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Ukrayna hökumətini vəziyyətlə əlaqədar təhqiqat aparmağa və saxlanılanların həqiqətən də jurnalist olduğu halda onların azad edilməsinə çağırıb.

Rusiyanın Müdafiə nazirliyi Ukrayna sərhəddi yaxınlığında Rostov, Belqorod və Bryansk regionlarında olan hərbi qüvvələrin daimi bazaları istiqamətində hərəkət etməyə başladığını bildirib.

NATO-nun Baş katibi Anders Fogh Rasmussen Qərbin hərbi alyansının Rusiya əsgərlərinin çıxarılmasına dair gözə çarpan dəlil görmədiyini deyib.
XS
SM
MD
LG