Accessibility links

Rusiyada “Nadoel” (Əlçəkməz) şüarı ilə etiraz aksiyaları keçirilib


Rusiyanın onlarla şəhərində “Nadoel” (Əlçəkməz) şüarı ilə etiraz aksiyaları keçirilib.

Aksiyanı Mixail Xodorkovskinin rəhbərlik etdiyi “Açıq Rusiya” hərəkatı təşkil edib.

Bütün ölkə boyu 100-ə yaxın aksiyaçının həbs edildiyi bildirilir.

Ən çox tutulanlar Sankt-Peterburq və Tula şəhərlərində olub.

Bu şəhərlərdə onlarla fəal saxlanıb.

Moskvada isə həbs edilənlər olmayıb.

Aksiyaçılar prezident administrasiyasına Vladimir Putinin 2018-ci ildə keçiriləcək prezident seçkisində iştirak etməkdən imtina etməsi tələbi ilə müraciət təqdim edib.

Bu arada, Birləşmiş Ştatlar Rusiyanın bir neçə demokratiya tərəfdarı olan qrupu qara siyahıya salmasından “dərindən narahatdır”. Bunu Dövlət Departamenti aprelin 28-də açıqlayıb.

Bu həftənin əvvəlində Rusiya prokurorluğu Açıq Rusiya, Açıq Rusiya Vətəndaş Hərəkatı və Müasir Rusiya İnstitutunu “arzuolunmaz” elan edib.

“Bu və digər beynəlxalq vətəndaş cəmiyyəti təşkilatlarının Rusiyaya təhlükə yaratması fikri ilə razı deyilik”, – departamentin sözçüsü Mark Toner deyib.

“Rusiya dinamik və rəqabətli iqtisadiyyata söykənən güclü və demokratik hökumət qurmağa ümid edirsə, belə müstəqil səsləri təqib edib kriminallaşdırmamalıdır, onları dəyərləndirib dəstəkləməlidir”, – Toner söyləyib.

Rusiya hakimiyyəti aprelin 27-də “Açıq Rusiya”nın Moskva ofisində reyd keçirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG