Accessibility links

Vladimir Putin Xəzərin hava məkanından bundan sonra da istifadə ediləcəyini bildirib


Xəzər və Yaxın Şərq regionu
Xəzər və Yaxın Şərq regionu

“Nə qədər ki, terror aktlarında günahkar olanlar cəzalandırılmayıb, Rusiya “İslam dövləti”nə qarşı mübarizədə Xəzər dənizi hava məkanından istifadə etmək niyyətindədir”, Rusiya prezidenti Vladimir Putin Tehranda Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedovla görüşündə bildirib.

“Bizim təyyarəmizlə bağlı faciəvi təcrübəmiz olduğundan günahkarları cəzalandırmaq üçün bunu lazım bildiyimiz vaxta qədər edəcəyik”, o vurğulayıb.

İndiyədək Türkmənistan prezidenti yeganə dövlət başçısıdır ki, Rusiyanın hərəkətlərindən narahatlığını bildirib və Qazaxıstanın da bu zonadan Suriya tərəfə raket buraxılmasından narazılığını bəyan edib.

Putin cavab olaraq deyib ki, qazaxıstanlılar hələ ki ona şikayətlənməyiblər, “lakin bunu nəzərə alacaqlar”. Ballistik raketlərin buraxılmasını “narahatlıq” adlandıran Putin buna terrorizmə qarşı mübarizə ilə bəraət qazandırıb.

Azərbaycanın bir sıra KİV-ləri Xəzərdən Suriyaya raket buraxılışının Azərbaycan üçün də təhlükəli olduğunu bildirir, çünki raketlər ölkə istiqamətində uçur, Rusiya təyyarələri və gəmiləri isə ölkə sərhədlərinin yaxınlığındadır.

Buna baxmayaraq Azərbaycan sərhədləri yaxınlığında baş verənlərə hələ münasibət bildirməyib.

Rusiya müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, Rusiyanın 29 uzaq məsafəli və bombardmançı təyyarələri Xəzər dənizi tərəfdən Suriyaya zərbələr endirib. İlk dəfə olaraq döyüş şəraitində böyük məsafəli qanadlı raketlərdən istifadə edilib.

Rusiyanın hərəkətlərinə görə bir sıra beynəlxalq aviaşirkətlər Xəzər üzərindən mülki təyyarələrin uçuslarını ləğv edib və ya dəyişib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG