Accessibility links

Putinin etimad reytinqi yeni minimuma enib


Rusiya prezidenti Vladimir Putinə etimad reytinqi yeni minimuma enib və hal-hazırda 31,7 faiz təşkil edir. Ümumrusiya İctmai Rəyin Öyrənilməsi Mərkəzinin (ВЦИОМ) 13-19 may tarixlərində aparılan rəy sorğuları bu nəticəni göstərir.

Bununla bərabər, respondentlərin 65,8 faizi bildiriblər ki, Rusiyada prezident institutunun fəaliyyətini dəstəkləyirlər.

2018-ci ilin payızında Levada Mərkəzinin hesabatında deyilirdi ki, Putinə olan etimad reytinqi 58 faiz təşkil edir. Həmin an bu göstərici 2013-cü ilin səviyyəsinə enmişdi. O zaman Putinə olan etimad 55 faiz idi.

Levada Mərkəzinin məlumatına görə, 2018-ci ildə prezidentə olan etimad 2017-ci il ilə müqayisədə 17 faiz aşağı düşmüşdü. Eyni zamanda, “prezident heç bir etimada layiq deyil” deyənlərin payı 4 faizdən 13 faizə qalxmışdı.

2015-ci ildə Putinə olan etimad reytinqi 80 faiz idi. 2016 və 2017-ci illərdə həmin reytinq müvafiq olaraq 74 faiz və 75 faiz idi.

XS
SM
MD
LG