Accessibility links

Vladimir Putin niyə populyardır? [Video]


Putin niyə populyardır?
please wait

No media source currently available

0:00 0:03:23 0:00

Krımı ilhaq etdiyi üçün Rusiyaya tətbiq olunan sanksiyalardan öncə də Rusiya iqtisadiyyatı zəif idi. İqtisadiyyatın zəiflədiyinə baxmayaraq, millətçilik dalğasının nəticəsində prezident Valdimir Putinin populyarlığı ən yüksək nöqtədədir. Lakin Amerikanın Səsinin müxbiri Daniel Şarf Moskvadan bildirir ki, təhlilçilər bu rəqəmlərin düşəcəyini gözləyirlər.

Rus valyutası rublun dəyəri tarixən ən aşağı nöqtəsindədir. Qərbin sanksiyaları və neftin düşən qiyməti Rusiya iqtisadiyyatına böyük zərbə vurur.

Lakin Krımın ilhaqından sonra prezident Valdimir Putinin reytinqi 80% təşkil edir.

Müstəqil ictimai rəy sorğuçusu Levada Mərkəzinin sədri Lev Qudkov bildirir ki, reytinqlərdəki bu yüksəliş yerinə düşüb.

“2008-ci ilin avqust-sentyabr aylarında Rusiya-Gürcüstan müharibəsi zamanı Putinin populyarlıq reytinqi ən yüksək nöqtədə idi. Lakin o zamandan bəri bu ilin yanvarına qədər Putinin populyarlığı zəifləyirdi. Yanvarda onun dəstəyi və popularlıq reytinqi ən zəif nöqtədə idi.”

Qudkov bildirir ki, Putin millətçilik eyforiyası və kütləvi dəstək imitasiyası dalğası ilə irəli gedir.

“Rəqabət söndürülüb, kütləvi informasiya vasitələri ağır senzura altındadır, Rusiya parlamenti Duma Putin və hökümətdən asılı olduğu üçün dövlət orqanı kimi çox mənfi qiymətləndirilir və insanlar artıq Dumanı parlament yox, nüfuzlu qrupların maraqlarını təmsil edən lobbiçilərin məclisi hesab edir.”

Putinin dəstəkçiləri bildirir ki, Putin Qərbə qarşı mübarizə aparmaqla qlobal miqyasda Rusiyanın statusunu bərpa edib.

Rusiya prezidenti deyir ki, özlərini Soyuq Müharibənin qalibləri kimi görənlər dünyanı öz ehtiyac və maraqlarına uyğun şəkildə formalaşdırdıqları zaman Rusiyaya məhəl qoymurdular.

“Təbii ki, sanksiyalar maneə törədir. Onlar bu sanksiyalarla bizə zərər vurmaq istəyirlər, bizin inkişafımıza mane olmaq və bizi siyasi, iqtisadi və mədəni təcridə salmaq istəyirlər. Başqa sözlə desək, onlar bizi geri salmağa çalışırlar.”

RusEnerji təhlilçisi Mixail Krutixin bildirir ki, sanksiyalar RusEnerjinin neft və qaz şirkətləri müştərilərinin üçdə birini Rusiya ilə müqavilə bağlamaq ümidlərindən əl çəkməyə vadar edib. O həmçinin bildirib ki, Qərbin əleyhinə danışıqlar Rusiyanın əsas ixracı olan və Rusiya büdcəsinin yarısını təşkil edən neftin qiymətinə bağlıdır.

“Mən düşünürəm ki, neftin qiyməti qalxdıqca, Putinin dəstəkçiləri coşur, millətçi ritorika gurlaşır. Və o an ki, neftin qiyməti düşür, Putinin populyarlığı və bu cür ritorika da azalır.”

Putin sanksiyalara cavab olaraq Qərb ərzaq idxalını qadağan etdi və nəticədə istehlakçıların xərcləri artdı.

Təhlilçilər bildirir ki, artıq elə görünür ki, Kremlin vətənpərvərlik eyforiyası və təbliğatı zəifləməyə başlayır, çünki iqtisadi problemlər insanları hazırkı situasiya və ölkənin gələcəyi haqda düşünməyə vadar edir.

XS
SM
MD
LG