Accessibility links

Putin Ukrayna prezidenti ilə müzakirələrə hazır olduğunu bildirib


Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti ilə Ukraynanın şərqindəki qanlı münaqişəsinin müzakirəsinə hazır olduğunu bildirib.

Putin bunu Volodımir Zelenskinin ABŞ, Britaniya, Fransa və Almaniyanın vasitəçiliyi ilə keçirlə biləcək danışıqlar təklifini irəli sürməsinə cavab olaraq deyib. Lakin görüşün Ukraynada ayın sonunda keçiriləcək parlement seçkilərindək baş tutacağı gözlənilmir.

Separatçı münaqişə 2014-cü ildən bəri 13 mindən çox insan həyatına son qoyub.

May ayında prezident seçilən Zelenski separatistlərin münaqişəsinə son qoyacağına söz verib.

İyulun 1-də Ukrayna Donetsk regionunda rusiyapərəst separatçıların tibbi yardım maşınına atəş açdığını, bir əsgərin öldürüldüyünü bildirmişdi.Tank əleyhinə raketlə törədilmiş hücumda daha iki hərbçi, bir əsgər, bir hərbi həkim yaralanmışdı.

Ukraynanın şərqində başlanan münaqişə 2014-cü ildən bəri 13 mindən çox insan həyatına son qoyub.

Qərb dövlətləri və Ukrayna Rusiyanı Donetsk regionunda separatçılığı dəstəkləməkdə günahlandırır.

Zelenskinin təklif etdiyi müzakirələr Belarus paytaxtı Minskdə baş tuta bilər. Həmin şəhərdə 2014-2015-ci illərdə Rusiya, Fransa və Almaniyanın vasitəçiliyi ilə Ukrayna rəsmiləri və separatist liderlərin görüşü keçirilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG