Rusiya prezidenti Vladimir Putin vətənə xəyanətlə bağlı yeni qanun layihəsini imzalayıb. Tənqidçilər bunun hökumətin istədiyi adamı xənayətkar adlandırmaq səlahiyyətlərini artıracağını deyir.
Putinin qüvvəyə minməzdən öncə qanunu bir daha nəzərdən keçirəcəyi vədinə baxmayaraq, qanun bu gündən bəri qüvvədədir.
Qanun xarici qeyri-hökumət təşkilatlarını məxfi məlumatla təmin edənlərin məsuliyyətə cəlb edilməsini təmin edir. Bu həmçinin xarici hökumətlərin xeyrinə casusluq və Rusiyanın xarici təhlükəsizliyinə hədələri də özündə əks etdirir.
Qanun layihəsi Rusiyanın suverenliyi, konstitusiya təsisatı, ərazi bütövlüyü də daxil edilməklə, vətənə xəyanət məfhumuna geniş məna verir.
Human Rights Watch və Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Ketrin Eşton qanun layihəsindən sui-istafadə edilə biləcəyi barədə narahatlığını bildirib.