Accessibility links

Qış çovğunu ABŞ-ın şimal- şərqindəki şəhərləri dizə qədər qara qərq edib


Qış çovğunu ABŞ-ın şimal- şərqindəki şəhərləri dizə qədər qara qərq edib
Qış çovğunu ABŞ-ın şimal- şərqindəki şəhərləri dizə qədər qara qərq edib

Saatda 100 kilometr sürətlə əsən külək qarı küçələrə, dəmir yollarına və hava limanına sovuraraq hərəkəti dayandırıb

Erkən qış çovğunu Milad bayramı mövsümünün sonunda ABŞ-ın şimal- şərqindəki şəhərləri dizə qədər qara qərq edərək, minlərlə səyahətçini hava limanlarında saxlamış, nəqliyyatda iri fasilələrə səbəb olmuşdur. Bazar günü ABŞ-ın şərq sahillərinə yağan qar və çovğun bazar ertəsinə qədər davam edərək ələlxüsus Nyu York şəhərini iflic edib. Nyu Cersinin şimalında qar yağıntısı 74 santimetrə çatıb. Qar Nyu York şəhərinin yaxınlığında 60, Bostonda isə 46 santimetr hündürlüyündə yağıb. Saatda 100 kilometr sürətlə əsən külək qarı küçələrə, dəmir yollarına və hava limanına sovuraraq hərəkəti dayandırıb. Çovğun Nyu York şəhərindəki hər üç hava limanının fəaliyyətini bazar ertəsinin sonunadək dayandırmış, və bir çox başqa nəqliyyat vasitələrini iflic etmişdir.

XS
SM
MD
LG