Accessibility links

Qaçqın qadınlar bizneslə məşğul olurlar [Video]


Qaçqın qadınlar bizneslə məşğul olurlar
please wait

No media source currently available

0:00 0:03:28 0:00

Qaçqınlar yeni ölkəyə gələndə maddi dəyəri olan ya çox az sayda səxsi əşya gətirir ya da heç gətirmir. Amma onlar özləri ilə daha çox qiymətli olan istedad və bacarıqlarını gətirir. Bu yaxınlarda dünyanın müxtəlif yerlərindən 23 qaçqın qadın Feniks şəhərində bir mağazada bir araya gələrək, müştərilərə evdə hazırladıqları məhsulları təqdim edib və onlara öz hekayələrini anladıb.

Global Market layihəsi Arizona ştatındakı yerli qeyri-kommersiya təşkilatlarının əməkdaşlığı sayəsində həyata keçirilib. Biz bu layihəni bütün dünyada tətbiq olunan pop-up, yəni müvəqqəti mağaza konsepsiyasına əsaslanaraq tərtib etdik.
Aliyə Əl-Məədid

“Mən İraqdanam. Mən incəsənət müəllimi idim və iki oğlum var idi. Balaca oğlum Bağdadda öldürüldü. Mən digər oğlumla Türkiyəyə getməyə qərar verdim, çünki onu qorumaq istəyirdim. Daha sonra isə Arizonaya gəldim,” deyə iraqlı qaçqın Nada Əlrubayə bildirir.

“Mən müharibə başlayanda Suriyadan qaçdım, çünki ora təhlükəli idi və uşaqlarımın təhsillərini davam etdirmək imkanları yox idi. Bundan əlavə həyat yoldaşımın restoranı da yanıb, külə döndü,” suriyalı qaçqın Rodain Əbu Zid deyir.

“Biz Əfqanıstandan qaçdıq. Mən, anam və iki bacım. Çünki ora təhlükəli idi və qadınların məktəbə gedib, iş tapıb, müstəqil olmaları mümkün deyildi,” əfqanıstanlı qaçqın Təhminə Besmal söyləyir.

Ölkələr və detallar fərqli olsa da, hekayələr bir-birilərinə çox bənzəyir.

20-dən çox qaçqın qadın kədərli və bəzi hallarda faciəli keçmişlərini geridə qoyaraq Feniksə gəlib və burada onlara ianə edilən bu məkanda evdə hazırladıqları məhsulları satırlar.

Arizona Dövlət Universitetinin sosial iş tələbələrindən ibarət komanda bu qadınların müstəqil olmalarına yardım etmək üçün Global Market-i yaradıb.

“Global Market layihəsi Arizona ştatındakı yerli qeyri-kommersiya təşkilatlarının əməkdaşlığı sayəsində həyata keçirilib. Biz bu layihəni bütün dünyada tətbiq olunan pop-up, yəni müvəqqəti mağaza konsepsiyasına əsaslanaraq tərtib etdik,” deyə tələbə Aliyə Əl-Məədid bildirir.

Qaçqın qadın
Qaçqın qadın

Bu təşəbbüsü dəstəkləyən qruplardan biri Amerika Müsəlman Qadınlar Assosiasiyasıdır.

“Ötən il biz qaçqın qadınlar üçün bacarıq təlimləri proqramına start verdik. Biz onlara tikiş öyrədirik və tikdikləri şeyləri buradakı icmaya satmağa yardım edirik,” Assosiasiyanın prezidenti Əsna Məsud bildirir.

Satılan əşyaların arasında rəsmlər, önlük, sabun, bədənə qayğı üçün orqanik məhsullar, beynəlxalq şirniyyatlar və zinət əşyaları var.

“Müvəqqəti mağaza mənim üçün əlverişlidir, çünki mən burada hər şey sata bilirəm. Məsələn, bu gün mən iki rəsmimi və bəzi zinət əşyalarımı satdım. Mən bu mağazadan çox razıyam,” Nada Əlrubayə deyir.

Müvəqqəti mağaza təkcə fevral ayında fəaliyyət göstərsə də, təşkilatçıların uzun-müddətli məqsədləri var.

Layihənin məqsədi bu qadınları təkcə qısa müddətli gəlir ilə təmin etmək deyil. Biz onları öz bisneslərini idarə etmək təcrübəsi ilə təmin edirik və iş qadını olmağı öyrədirik.
Meqan MakDermot

“Layihənin məqsədi bu qadınları təkcə qısa müddətli gəlir ilə təmin etmək deyil. Biz onları öz bisneslərini idarə etmək təcrübəsi ilə təmin edirik və iş qadını olmağı öyrədirik,” tələbə Meqan MakDermot söyləyir.

Evdə sabun və bədənə qayğı məhsulları hazırlayan Tara Albarazançi bununla tam razılaşır.

“Bu müvəqqəti market məni mağazada işləmək, insanlarla ünsiyyət qurmaq, nağd pul ilə işləmək və hesab aparmaq təcrübəsi ilə təmin edir. Mən insanlara öz məhsullarımdan bəhs edirəm,” o deyir.

Təşkilatçılar ümid edir ki, mağaza ziyarətçiləri də burada nə isə öyrənəcək.

“Bu, müştərilərə dünyanın müxtəlif yerlərindən olan insanlarla ünsiyyət qurmaq, onarın hekayalərini dinləmək və qaçqın olmaq barədə öyrənməyə imkan verir,” Aliyə Əl-Məədid deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG