Accessibility links

Nikki Heyli: Dünya qaçqınları ABŞ-a arxalanmaqda davam etməlidir


ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli Dünya Qaçqınlar Günü münasibətilə bəyanatla çıxış edib.

Xanım Heyli bildirib ki, bir həyat yoldaşı və ana kimi terrorun bir çox ailələrin evlərini qoyub tərk etməsində rol oynamasını təsəvvür etmək ona çətin gəlir.

“İordaniya və Türkiyəyə səfərimizdə görüşdüyümüz qaçqın suriyalı valideynlər uşaqları üçün biz uşaqlarımıza arzuladığımız şeyləri istəyirdilər: yatmaq üçün təhlükəsiz bir yer, yaxşı təhsil və daha parlaq gələcəyə çıxmaq üçün imkanlar. Onlar bizdən evə qayıtmaq ümidi ilə sağ qalmaq və m[hkəm olmaq haqqında məlumatların çatdırılmasını xahiş etdilər”.

Səfir Birləşmiş Ştatların qaçqınlara başqa ölkələrdən daha çox humanitar yardım göstərdiyini deyib.

Dünya Qaçqınlar Günü
Dünya Qaçqınlar Günü

“Lakin pul kifayət deyil- biz bu insanların, onların ölkələrini dağıtmaq əvəzinə, evlərini tərk etməyə səbəb olan münaqişələrin sonuna çatmasi üçün işləməliyik. Bizim BMT-də göruləsi çox işimiz var, lakin dünya qaçqınları və onları qəbul edən ölkələr Birləşmiş Ştatlara arxalanmaqda davam etməlidirlər”, xanım Heyli qeyd edib.

BMT-nin Miqrasiya Agentliyi, BMT-nin Uşaq Fondu, Dünya Ərzaq Proqramı, Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq Xilasetmə Komitəsi və Uşaqları Xilasetmə təşkilatı kimi əsas tərəfdaşlarla işləyərək, ötən il Amerika Birləşmiş Ştatları dünyada 7 milyard dollarlıq humanitar yardım göstərib.

Təkcə keçən il 3.4 milyon insanın qaçqın statusunu almaqlarını əlavə etməklə, hal-hazırda BMT və digər humanitar təşkilatlar 130-dan çox ölkədə işləyir, milyonlarla qaçqına dəstək və təcili tibbi yardım göstərir, ərzaq və təhsillə təmin edir.

XS
SM
MD
LG