Accessibility links

Qaçqınlar Papua Yeni Qvineyadakı düşərgəni tərk etməkdən imtina edir


Sığınacaq tələb edən 600-dən çox qaçqın çərşənbə axşamı Avstraliyanın idarə etdiyi qaçqınların saxlanma mərkəzini tərk etməkdən imtina edib. Onlar yerli sakinlər tərəfindən zorakılığa məruz qalacaqlarından narahatdır.

Rəsmilərin çərşənbə axşamı mərkəzdəki bütün suları və elektriyi kəsməyi planlaşdırmasına baxmayaraq, sığınacaq axtaranlar Papua Yeni Qvineya adasında yerləşən Manus Ada mərkəzindəki qaçqınlar aclıq aksiyası keçirir.

Yüzlərlə insanın vəkilləri düşərgənin bağlanmasının qarşısını almaq üçün Papua Yeni Qvineyanın Ali Məhkəməsinə müraciət edib.

Sığınacaq axtaranları dəstəkləyənlər çərşənbə axşamı Sidneydə etiraz aksiyası keçirərək, höküməti onları Avstraliyaya aparmağa çağırıb.

Papua Yeni Qvineya rəsmiləri deyir ki, mərkəz çərşənbə günü müdafiə qüvvələrinin nəzarətinə keçiriləcək və mərkəzdə olan hər bir şəxs qanunsuz şəkildə hərbi bazaya keçməkdə təqsirləndiriləcək.

Papua Yeni Qvineyanın Ali Məhkəməsi ötən il saxlama mərkəzənin qaçqınların azadlıq hüququnu pozduğu üçün qeyri-konstitusion olduğuna dair qərar çıxarandan sonra Avstraliya Manus düşərgəsini bağlamağı planlaşdırıb.

Qalan 600 nəfərə Papua-Yeni Qvineyada qalmaq, ölkələrinə geri dönmək və ya üçüncü bir ölkəyə yerləşmək seçimi irəli sürülüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG