Accessibility links

20 iyun - Dünya Qaçqınlar Günü


20 iyun Dünya Qaçqınlar Günüdür. Bu, Birləşmiş Millətlər Təşkilatı tərəfindən dünyada qaçqınları şərəfləndirmək üçün təyin olunmuş bir gündür.

BMT-nin qaçqınlar agentliyi Dünya Qaçqınlar Gününün qaçqınların vəziyyətini "anlamaq" və onların həyatlarını yenidən qurmaqda əzmkarlılqarını qeyd etmək üçün bir fürsət olduğunu bildirir.

ABŞ Prezidenti Co Bayden deyib ki, bu gün dünyada zorakılıq, zülm və müharibələrdən qaçmağa məcbur olan milyonlarla insanın cəsarətini və insanlığını tanıdığımız bir gündür.

“Bu gün humanitar yardım yolları ilə insanların əzablarını azaltmaq üçün müqəddəs öhdəliyimizi bir daha təsdiqləyir, köçkünlər də daxil olmaqla, qaçqınlar üçün uzunmüddətli çarə tapılmasına nail olmaq üçün səylərimizi artırırıq. Qaçqınları başqa yerlərdə təhlükəsizlik axtarmağa məcbur edən qarşıdurmaların sona çatması üçün diplomatik səylər göstərilməsini də tövsiyə edirik" - deyə, Bayden bildirib.

COVID-19 pandemiyası səbəbindən insanlar və ölkələrə tətbiq edilən məhdudiyyətlərə və bağlanmalarına baxmayaraq, təşkilat bu günlərdə dünyada əvvəlkindən daha çox qaçqın olduğunu bildirir.

2020-ci il müharibələri, zorakılıqlar, təqiblərdən və insan haqları pozuntularından qaçanların sayı təqribən 82.4 milyona yüksəlib. Onsuz da rekord səviyyədə olan qaçqın sayında 4%-dən çox artım olub. Bu göstərici 2019-cu ilin sonlarında 79.5 milyondan çox idi.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG