Accessibility links

ABŞ-da yeni ildə qadın döyüş missiyasına start veriləcək


Amerikanın qadın əsgərlərinə yaxın gələcəkdə tank idarə etmək və minomyotdan atəş açmaq kimi səlahiyyətlər veriləcək. Pentaqon yeni qadın döyüş missiyasına yeni ildən etibarən start veriləcəyini bəyan edib.

Müdafiə naziri Eş Karterin bildirdiyinə görə, qadınlar heç bir istisna ilə üzləşməyəcək.

Eş Karter
Eş Karter

​Pentaqonda bəyanat verən nazir standartları qarşılayan hər bir fərdə tam səlahiyyət veriləcəyini deyib.

Qadınlar 1979-cu ildən etibarən, ordu sıralarında yer aldıqlarından bəri döyüş missiyasına can atır. Hazırda silahlı qüvvələrin 10 faizini təşkil edən qadınlara döyüşlərdə iştirak etməyə icazə verilmir.

Müdafiə naziri Eş Karter deyib ki, ABŞ-ın 3 silahlı qüvvəsi qadınların təhlükəli və təlabatın çox olduğu missiyalarda iştirakını dəstəkləyir.

Lakin Hərbi Dəniz Donanması apaşdırmalara əsaslanaraq, qadınların döyüş effektivliyini azaltdığını deyərək müəyyən istisnalar tətbiq edəcəyini bildirir.

XS
SM
MD
LG