Accessibility links

Qadın motosikletçilər [Video]


Qadın motosikletçilər
please wait

No media source currently available

0:00 0:02:30 0:00

Qadın motosikletçilər

Velosipedlər 20-ci əsrdə qadınları gücləndirdi. Lakin 21-ci əsrdə bəziləri daha güclü vasitəyə üstünlük verdilər. Bu, motosikletdir.

Yağışlı şənbə günüdür. Avtomagistral doludur. Amma motosiklet sürücüləri üçün bu cür şərait onların həyəcanını daha da artırır.

Gündəlik ana, həyat yoldaşı vəzifələrimi yerinə yetirəndən sonra özüm üçün nə isə etmək istəyirdim. Bu məşğuliyyət məni evdən çıxardı və özümün tək başına edə biləcəyim bir hobbi yaratdı.
Sparkle

Onlar “Külək Qadınları” kimi tanınır.

“Motosiklet üzərində azadlıq hissi var. Orada sən bütün streslərini bir kənara qoyursan,” deyə Sofiya Tan bildirir.

Külək Qadınları yalnız qadınlardan ibarət beynəlxalq motosiklet sürücüləri qrupudur. Qrupun 14 mindən çox üzvü var. Vaşinqton ərazisindən olan üzvlər qrupun “Brilyant Qızılgüllər” qoluna aiddir. Onlar deyir ki, motosiklet sürmək onlara qeyri-adi bir şey etmək imkanı yaradır.

“Gündəlik ana, həyat yoldaşı vəzifələrimi yerinə yetirəndən sonra özüm üçün nə isə etmək istəyirdim. Bu məşğuliyyət məni evdən çıxardı və özümün tək başına edə biləcəyim bir hobbi yaratdı,” deyə Sparkle bildirir.

Chairie: “Mənin 64 yaşım var. Üç nəvə nənəsiyəm. Mən də fəqrli bir şey etmək istədim və özümə motosiklet aldım.”

Kambocada qadınlar motosiklet sürür
Kambocada qadınlar motosiklet sürür

“Çox adam boyum qısa olduğu üçün motosiklet sürə bilməyəcəyimi və hətta mənim yerləşəcəyim motosikletin olmadığını deyirdi. Bu da mənim marağımı daha da artırdı. Mən sübut etmək istədim ki, qarşına həqiqətdən də bir məqsəd qoyanda, hər şeyi etmək mümkündür,” deyə Sofiya Tan bildirir.

Amma motosiklet sürməyin öz mənfi cəhətləri də var.

“Çox adam mənə “yox, etmə,” “əminsən?” “əlaqə yaradacağın insanlara diqqət” et deyirdi”- Chairie bildirir.

Bunun səbəbi isə odur ki, əksər insanlar cinayət fəaliyyəti ilə məşğul olan “qadağan olunmuş” motosiklet klublarını tanıyır. Amma “Brilyant Qızılgüllər”-in üzvləri bu stereotipi aradan qaldırmağa çalışırlar.

Kişilərin çoxu motosikleti idman, həyəcan və ya eqoları səbəbilə sürür, amma bir qrup qadınla motosiklet sürmək fərqli, yəni daha dinc, sakit və təhlükəsizdir.
Sophia Tan

“Biz motosikletləri bir məqsədlə, kiminsə xatirəsini yad etmək üçün sürürük. Bəzən biz Arliqnton Məzarlığında qəbirlərin üzərinə çələnglər qoyuruq. Yəni biz çox sayda xeyriyyə işləri görürük,” deyə The General bildirir.

Külək Qadınları üzvlərinin çoxunun kişilərlə birgə də sürməsinə baxmayaraq, onlar deyir ki, təkcə qadınlardan ibarət motosiklet qrupunun bir parçası olmaq bu təcrübəyə yeni çalarlar qatır.

Lisa Thompson: “Bu, dostluqdur. Bizim konvensiyamıza daxil olanda orada iki, üç və ya dörd yüz insan olur və onlar bir-biriləri ilə çox yaxın dostluq edir,”

“Kişilərin çoxu motosikleti idman, həyəcan və ya eqoları səbəbilə sürür, amma bir qrup qadınla motosiklet sürmək fərqli, yəni daha dinc, sakit və təhlükəsizdir,” deyə Sofiya Tan bildirir.​

Motosiklet hər kəsin sürə biləcəyi bir vasitədir. Onu fərqli edən isə motosikleti kiminlə sürməyindir.

XS
SM
MD
LG