Accessibility links

ABŞ-ın bütün qadın senatorları qısnama əleyhinə qanun layihəsinə dair debatların aparılmasını istəyir


ABŞ-ın bütün qadın senatorları Senat liderlərinə Konqresdə çalışan şəxslərin cinsi təcavüz və ayrı-seçkilik halları ilə bağlı iddialarına baxılmasını asanlaşdıran qanun layihəsi ətrafında debatların aparılması üçün təzyiqləri artırır.

Həm Respublikaçılar, həm Demokrat partiyasından qadın senatorlar Senatda respublikaçı əksəriyyətin lideri Mitç Makkonnell və azlıqda olan demokratların lideri Çak Şumerə məktub ünvanlayıb. Onlar Nümayəndələr Palatasında qəbul edilmiş qanun layihəsinin Senatda səsə qoyulmasına çağırıb.

Qadın senatorlar “fəaliyyətisiziyin qəbuledilməz olduğunu” yazıb. Onlar bildirib ki, Senat bu halları törədənlərin 1995-ci ildə qəbul edilmiş prosedurlar arxasında gizlənməsinə imkan verməməlidir.

Qanun layihəsinin iki ay bundan əvvəl qəbul edilməsinə baxmayaraq, Senatda səsvermə ilə bağlı inkişaf müşahidə edilməyib.

Konqresin Nümayəndələr Palatası qısnama halları ilə bağlı şikyətlərə baxılması prosesinin sürətləndirilməsinə dair qanun layihəsini təsdiq edib. Qanun layihiəsində eyni zamanda, əldə eidlmiş razılıqlar haqda informasiyanın ictimaiyyətə daha çox açılanması və qanunvericilərdən cərimələri vergi ödəyənlərin pulu deyil, öz şəxsi maliyyəsi ilə ödəməsi tələb olunur.

Senatda respiblikaçı əksəriyyətin lideri Mitç Makkonnellin sözçüsü Deyvid Popp məsələ ilə bağlı hər iki partiyanın dəstəklədiyi qanun layihəsinin nə zaman hazır olacağını bilmədiyini bildirib. O deyib ki, Makkonnell qanunvericilərin cərimələri şəxsən özlərinin ödəməsinə məcbur edilməsinin tərəfdarıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG