Accessibility links

Qadın sünnəti dünyanın ən qəddar ənənələrindəndir [Video]


Qadın sünnəti dünyanın ən qəddar ənənələrindəndir
please wait

No media source currently available

0:00 0:02:44 0:00

Qadın sünnəti kimi qəddar praktika əsasən Afrika ölkələri daxil olmaqla, dünyanın bəzi ölkələrində milyonlarla qadını öz təsirinə məruz qoyur. BMT fevral ayının 6-nı “Qadın sünnətinə dözümsüzlük günü” elan edib. Təkcə Efiopiyada qadınların dörddə üçü ağrılı, bəzən isə hətta onların həyatı üçün təhlükəli olan cinsiyyət orqanlarının müdaxiləsinə məruz qalır. Efiopiyanın ucqar bölgələrinin birindəki xəstəxanada belə qadınlara yardım edilir.

Efiopiyanın Afar regionundakı kənddə qadın sünnəti kimi qəddar ənənə geniş yayılıb.

Bu qadın üzünün göstərilməsini istəmir. Lakin 25 yaşlı Kedya sünnət edildiyi zaman onun cəmi 7 yaşı olduğunu hamının bilməsini istəyir. “Mən 7 yaşında ikən sünnət olunduğum üçün uzun müddət sidiyimi saxlaya bilmirdim. Mənim ağrım çox idi. Aybaşım başlayanda isə ağrılarım daha da artdı. Ərə gedəndən sonra dəhşətli ağrılarım olurdu.”

Onu 14 yaşında ərə veriblər. Bir il sonra onun ilk uşağı böyük çətinliklə dünyaya gəlib. Daha sonra isə onun 2 uşağı olduqdan sonra onun böyrəklərində problemlər yaranıb və o az qala ölüb.

Amma təəssüflər olsun ki, bu, orada qeyri-adi hal deyil. 2016-cı ildə Efiopiyada keçirilən rəy sorğularına istinadən bildirilir ki, Efiopiya qadınlarının dörddə üçü, Afar regionunda isə hər 10 qızdan 9-u bir yaşına çatmamış sünnət olub.

Afar xəstəxanasının həkimi deyir ki, bu mədəni norma olduğu üçün ailələri qadın sünnətini dayandırmağa məcbur etmək mümkün deyil. Lakin o, uşaq doğarkən qadınlara yardım edə biləcəyini deyir. Xəstəxananın həkimi Saleh Yusuf İmam: “Biz deinfiblyasiya prosedurundan istifadə edirik. Burada uşaqlıq yolunda sünnət zamanı xəsarət almış girişi bərpa etmək üçün açılış edirik.”

Qadınlar bu xəstəxanaya sünnətdən sonra ağrılarını azaltmaq üçün gəlir. “Onların əksəriyyəti çox emosionaldır. Burada ağrısız drenaj xidmətləri aldıqdan sonra onlar evlərinə xoşbəxt qayıdırlar. Müalicə və məsləhət aldıqdan sonra isə həmin qadınlar digər bir qadının sünnət olunmasına icazə verməyəcəklərinə söz verirlər.”

Hazırda mama işləyən Əddu Abdala Dubba adlı qadın vaxtilə qadınlara sünnət edib. “Mən qızları sünnət edərkən bu, çox iti alətdən istifadə edirdim. Belə olmasaydı qızlar güclü fiziki ağrılardan keçməli olardı.”

O, gördüyü işin qadının ismətini və ərinə sədaqətini qoruyub saxladığına inanırdı.

Hazırda Efiopiya hökuməti bu məsələ üzərində ictimai səhiyyə təşkilatları ilə birgə məşğul olur. Lakin Kedya qadınlara sünnətin tətbiqinin dərhal dayandırılmasını istəyir.

BMT-nın açırladığı hesabatda deyilir ki, dünya boyu azı 200 milyon qadına sünnət edilir ki, onlardan 44 milyonu 14 yaşdan az qızlardır.

XS
SM
MD
LG