ABŞ-ın fəza agentliyi NASA-da çalışan bir mühəndislə bir astronavtın irəliyə getmək istəyən qadın və azlıqlara mesajı var: fəza tədqiqatı sahəsində fürsətlər axtarın. Bu iki qadın Los Ancelesdə tələbələri karyera barədə düşünəndə qarşılarına böyük məqsədlər qoymağa çağırıb.
Biz ən əsas bacarıqlarımızı inkişaf etdiririk, daha sonra isə bunları təkrarlayırıq və beləliklə əzələ yaddaşı yaradırıq.
Los Ancelesdə təlimləri barədə danşan və tələbələri yüksək ambisiyalıra təşviq edən İvon Kaqlın dediyinə görə, düzgün təhsillə onları qarşıda Beynəlxalq Fəza Stansiyasında çəkisizliyin həyəcanı və çətin bir karyera gözləyə bilər.
Onun dediyinə görə, astonavtlar bacarıqlara təlim və intizam sayəsində malik olur.
“Bu o deməkdir ki, biz ən əsas bacarıqlarımızı inkişaf etdiririk, daha sonra isə bunları təkrarlayırıq və beləliklə əzələ yaddaşı yaradırıq.”
Bu mesaj tələbələrin xoşuna gəlir.
“Elm və riyaziyyat hər zaman mənim ən sevdiyim fənlər olub.”
Mars Rovers kosmik cihazından ilham alınaraq yaradılan miniatür robot Los Anceles Mərkəzi Kitabxanasında keçirilən digər bir nümayişdə yer alıb. NASA-nın Təyyarələrin Güc Mexanizmi Laboratoriyasında mühəndis vəzifəsində çalışan Mallori Lefland planetlər və fəza cisimlərinin səthində hərəkət etmək üçün hazırlanmış kosmik kəşfiyyat gəmisi olan roverlərin radio vasitəsilə idarə olunmasına yardım edir. Tələbələr buna heyran qalıb.
“Bəzi uşaqların robotlar düzəltməkdən, digərlərinin isə robotları proqramlaşdırmaqdan xoşu gəlir.”
İnsanlar fəzanı araşdırmağı sevir. Onlar robotları sevir. Məncə, onlara bu şəklin Marsda çəkildiyini, mənim də bu şəklin çəkilməsi üçün komanda verdiyimi deməyim, bu işə bir insan aspekti gətirir.
Bunlar tipik uşaqlardır.
“İnsanlar fəzanı araşdırmağı sevir. Onlar robotları sevir. Məncə, onlara bu şəklin Marsda çəkildiyini, mənim də bu şəklin çəkilməsi üçün komanda verdiyimi deməyim, bu işə bir insan aspekti gətirir.”
İvon Kaql üçün isə bu mesajın simvolu astronavtları fəzaya daşıyan gəmidir.
“Xəyallarınız çox mühümdür, çünki onlar sizin kosmik gəminizdir.”
İvon hər bir tələbənin bu arzulara çata biləcəyini deyir.