Accessibility links

Qadınların texnoloji təşəbbüsləri üçün alternativ sərmayə mənbəyi - Kriptovalyutalar [Video]


Qadınların texnoloji təşəbbüsləri üçün alternativ sərmayə mənbəyi - Kriptovalyutalar
please wait

No media source currently available

0:00 0:02:04 0:00

Texnologiya startapları dünyasında, böyük ideyaların reallaşdırılması üçün sərmayə qıtlığı yoxdur... təbii ki, əgər həmin ideya kişilərdən gəlirsə. Qadınlar əksər hallarda kənarda qalır.

Lisa Vanq, İcraçı Rəhbər, Sheworx: “Bu sahədə olan sərmayeçilərin 94 faizi kişilərdir. Bu isə təbii ki, qadınlara və azlıqlara müxtəlif səbəblərə görə sərmaye əldə etməyə mane olur. Səbəblər biri gender ayrı-seçkiliyidir.”

İndi isə qadın təşəbbüskarlar alternativ maliyyə mənbələrinin axtarışındadır. Bu axtarışlar müasir dövrün texnologiya və maliyyə bazarının fenomeni olan kriptovaluya və blokçeyn ortaya çıxmaqla yenidən intensivləşdi.

Karolin Rekhau, Əməliyyatlar Direktoru, Consensys: “Blokçeynin fərqləndirici xüsusiyyəti onun mərkəzsiz olmasıdır. Yəni ki, blockçeyn vasitəçiləri yığışdırır.”

Vasitəçilərin yoxa çıxması həm də sərmayə axtarışında da işi asanlaşdırır. İCO, yəni ki ilkin maliyyə təklifi, təsisçilərə blokçeyn biznesinə müvafiq rəqəmsal sikkələr buraxmaq imkanı verir.

Mişel MakKormak, Təsisçi və İçraçı Rəhbər, Casting Coin: “Blokçeyndə kişilərin dominantlığı ənənəsi qalıqları yoxdur. Çünki blokçeyndə heç bir ənənə yoxdur. Ona görə də bizim ora qoşulmağımıza mane olan heç nə yoxdur.”

Mişel MakKormak Casting Coin təşəbbüsünü təsis edib. Bu, modelləri və brendləri birləşdirən sərmayə platformasında istifadə edilməsi ümid edilən rəqəmsal valyutadır.

Karolin Rekhau: “Texnologiya təşəbbüsləri ilə çalışan və kişilərin nəzarət etdiyi sərmayeçilər icmasından kənara çıxıb, qadınların azad, açıq və özlərini təsdiq edə biləcək bir mühiti görə bilərik.”

Lakin indi bu texnologiya üçün ilkin mərhələlərdir...

Lisa Vanq, İcraçı Rəhbər, Sheworx: “Bizim gördüyümüz çoxlu sayda pulun ədalətli və sürətli yolla ICO-ya keçməsidir. Lakin mən bunu hələlik uğur adlandırmazdır. Belə ki, biz bu cür sərmaye proseslərinin uzunüömürlü olub-olmayacağını anlamaq istəyirik. ”

İddialı qadınlar üçün, uzunmüddətli uğur indiki dövrdəki müzakirələrin bir parçası olmaq deməkdir.

XS
SM
MD
LG