Accessibility links

Qadınların texnologiyaya çıxışı məhduddur [Video]


Qadınların texnologiyaya çıxışı məhduddur
please wait

No media source currently available

0:00 0:02:55 0:00

Dünya boyu qadınlar kişilərdən daha az internetdən istifadə edir. Birləşmiş Ştatlarda qadınlar hələ də texnologiya sənayesinə daxil olmaq üçün mübarizə aparır, daxil olandan sonra isə onlar üçün irələriləmək çətin olur. Oktyabrın 5-də Amerikanın Səsi Florida ştatının Orlando şəhərində texnologiya sahəsində işləyən çox sayda qadınının iştirakı ilə iclas keçirib.

Dünya boyu qadınlar iş və təhsil sahəsindəki əngəlləri aşmaq üçün texnologiyadan istifadə edir. Lakin inkişaf etməkdə olan ölkələrdəki qadınlar üçün onlayn qalmaq çətinlik olaraq qalır. ABŞ-da isə kişilərlə müqayisədə daha az sayda qadın texniki karyeralarda uğur əldə edir.

Çox vaxt qadınların qarşısına müvəffəqiyyətli olmaq üçün yüksək standratlar qoyulur. Onlar kişilərlə eyni bacarıqlara sahib olduqlarını sübut etmək üçün daha çox əmək sərf edirlər.
Karolin Simard

Oktyabrın 5-də qadın liderlər bu məsələləri Amerikanın Səsinin Grace Hopper Celebration tədbiri zamanı keçirəcəyi iclasında müzakirə edib.

“Təəssüf ki, texnologiya ekosistemi qadınları xoş qarşılamır”, deyə Ready Set-dən İvon Hatçinson bildirir.

ABŞ-da qadınların texnologiya sənayesində kişilərdən geri qalmalarının səbəbi ilə bağlı debatlar davam edir. Dünya boyu qadınlar texnologiyaya çıxış əldə etmək üçün mübarizə aparır. İnternetdən istifadə edən qadınların sayı kişilərlə müqayisədə 12 faiz azdır. Ən az inkişaf etmiş ölkələrdə hər yeddi qadından sadəcə biri internetdən istifadə edir. Kişilərdə isə bu göstərici hər beş kişidən biridir.

“Digital bölgü bəzi insanların digital texnologiyaya digərlərindən daha çox çıxışının olduğuna və ya internetdən daha çox istifadə etdiyinə dair bir fenomendir. Bu isə qaçınılmazdır. Cəmiyyətə təqdim olunan heç bir yenilik göydən düşmür. Onlardan istifadə cəmiyyət daxilində yayılır”, Deyvisdə yerləşən Kaliforniya Universitetindən Martin Hilbert söyləyir.

Qadınların texnologiyaya çıxışı daha məhduddur çünkü onlar təhsil, iş imkanlarlı və gəlir baxımından diskriminasiya ilə üzləşir. Bəzi hallarda onlar həm də cəmiyyətin təzyiqinə məruz qalır.

“Afrikada elə bir ölkə var ki, orada qızların telefondan istifadəsi yaxşı qəbul edilmir. Telefondan yalnız ortayaşlı kişilər istifadə edir. Biz qızlara telefondan istifadəni öyrətmək istəyəndə, onlar “niyə oğlanlara və ya kişilərə öyrətmirsiz” deyə soruşdurlar. Yəni, bir sözlə, biz illərdir əngəlləri aşmağa çalışırıq”, deyə İridescent şirkətinin təsisçisi Tara Çklovski bildirir.

Birləşmiş Ştatlarda qadınlar şirkətlərin texniki işçi heyətinin 20 faizini, texnologiya sahəsindəki rəhbərliyin isə 17 faizini təşkil edir. Startapları maliyyələşdirən sərmayeçilərin də əksəriyyəti kişilərdir.

“Mən iş yerində zarafat edirəm ki, ayaqyolunda növbə gözləməyimə ehtiyac olmur. Sərmayeləri idarə edən işçilərin yalnız 5-10 faizi qadınlardır”, Scale Venture Partners şirkətindən Ket Mitçel söyləyir.

Hətta qadınlar bir şirkət daxilində texnologiya sahəsində bir peşəyə sahibdirlərsə, onların iş yerindən erkən ayrılmaq riskləri yüksəkdir, çünki çoxu özlərini həmin işə aid hiss etmədiklərini deyir.

“Çox vaxt qadınların qarşısına müvəffəqiyyətli olmaq üçün yüksək standratlar qoyulur. Onlar kişilərlə eyni bacarıqlara sahib olduqlarını sübut etmək üçün daha çox əmək sərf edirlər”, Stanford Universitetindən Karolin Simard bildirir.

Çoxları isə ABŞ və bütün dünyada digital bölgüyü qapatmağa çalışır.

Digital bölgü bəzi insanların digital texnologiyaya digərlərindən daha çox çıxışının olduğuna və ya internetdən daha çox istifadə etdiyinə dair bir fenomendir. Bu isə qaçınılmazdır.
Martin Hilbert

“Tarixdə ilk dəfə olaraq texnologiya qızlara daha güclü səsə, bizə isə bərabər cəmiyyət sahib olmağa yardım edə bilər”, Çklovski deyir.

Amerikanın Səsinin Grace Hopper Celebration tədbirində keçirəcəyi iclasda texnologiya liderləri digital gender bərabərsizliyini aradan qaldırmağın yollarını müzakirə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG